İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasi qısqanclığa ehtiyac yoxdur

 

“Gördükdə mən eyləyən vəfayı,

Bildikdə sən eyləyən cəfayı,

Aya kimə bivəfa deyərlər?

Kimin işinə xəta deyərlər?"

(Füzuli, “Leyli və Məcnun”)

YAP-çı deputat, məşhur “91-lər”dən biri olmuş Eldar İbrahimovun “Müxalifəti atıb biz tərəfə keçənlərə etibar yoxdur, onlar öz düşmən xislətini haçansa üzə çıxaracaqlar” məzmunlu açıqlaması elə iqtidarın özü tərəfindən haqlı olaraq dərhal vuruldu. Doğrudan da, camaata bir tikə əppək verib müxalifət yolundan döndərmək imkanı varsa, belə düşmənçilik söhbətləri nəyə gərəkdir? Şərait yaradırsan, lizinqlə kombayn verirsən, torpağına gübrə tökürsən, müxalifətçi də daha “Məhsul” stadionunda acqarına gərnəşmək istəmir, gedir kənddə məhsul yığır. Onsuz Azərbaycan aqrar ölkədir, bizdən dünyaya başqa nəsə çıxacağını gözləmək mənasızdır (Eldar müəllim özü MM-də aqrar siyasət komitəsinin sədridir). İqtidar da bunu çox dəqiq və vaxtında başa düşüb, kənd təsərrüfatında müəyyən azadlıqlar yaradılır. Misal üçün, mənim bir tələbə yoldaşım var idi, Narxozda 90-cı illərdə eyni qrupda oxumuşuq, çox savadlıydı, yanılmıramsa əlaçı olmuşdu, öz gücünə təhsil alan 5-6 nəfərdən biriydi (bizim qrupdakı 27-28 nəfərdən minimum 20-si ali məktəbə pulla girmişdi). Uzun sözün qısası, bu yaxında kənd təsərrüfatına aid bir tədbirdən fotoreportaj gördüm, baxdım ordakı “qəstumlu” yoldaşlardan biri mənə yaman tanış gəlir. Diqqətlə oxudum, yanılmamışdım, bu adam mənim həmin tələbə yoldaşım idi. Hazırda onu aqrar sektora baxan idarədə yetərincə lazımlı vəzifəyə qoyublar. Açığı, iqtidarın bu kadr siyasəti şəxsən xoşuma gəldi. Əlbəttə, ümid edirəm və inanıram ki, tələbə yoldaşım o zamanlardakı ədalət hissindən və biliyindən uzaq düşməmişdir. Adını isə narahat eləməmək üçün çəkmədim.

Qaldı iqtidarı söyənlərə pul buraxmaq, müxalifətin etibarsızlığı, keçmiş nazirlər niyə susublar kimi temaların son günlər aktuallaşması, məncə, burada düşünülmüş siyasət vardır. Azərbaycan hakimiyyətinin söyüş müxalifətinin gündəmdə qalmasında hesab edirəm böyük maraqları olmalıdır. Nəyə görə? Sadə səbəbdən: belə müxalifətə baxan istənilən ağlı başında şəxs iqtidara min dəfə şükür eləməlidir. O məşhur dastan əhvalatındakı kimi, tapşırıq belə qoyulubdur. “Başqaları bir dəfə söyəndə, sən min dəfə söy”. Qoy mərə kafər Qazan xanın adını ləkələmək arzusuna çatmasın.

Ancaq Eldar müəllimin nigarançılığı da başa düşüləndir. Gələn il parlament seçkiləri gözlənilir, deputatxanada yerlər isə tərslikdən məhduddur. Bəzi deputatlar nə qədər dedilər gəlin bunu artırıb 1000-1500 deputat eləyək, alınmadı. Yuxarıdakıların da buxalteriyası var axı. Dəftər-kitaba vururlar, görürlər 1000 dənə deputatı saxlamaq çətin olar. Hələ Hadı müəllim bir nəfərdir, danışdıqlarını, səpələdiyi temaları ilboyu toplamaqda nə qədər krizislər yaranır, gör indi say çoxalsa nə olar. Əhalinin hər min nəfərinə düşən Hadı müəllim əmsalı bizdə yetərincə yüksək səviyyədədir. Yəni  bu işi “İman, bala, cavan olmusan, səhv eləmisən, silahı at, gəl keç biz tərəfə” deməklə həll eləmək olmur, İmana imanlı vəzifə də qayırmalısan.

Sözümün canı odur ki, satın alınan müxalifətçilər parlamentdə yerləri doldursalar, birdən Eldar müəllim qıraqda qalsa nə alınar? Çox pis olar. Yuxarıda yazdım, “91" söhbəti var. İndiki uşaqlar bilməz, 90-cı illərdə bu ”91"lər teması yetərincə aktiv tema idi. Rəhmətlik şair Mətləb Nağı bu temada yaxşı şeir də yazmışdı: “Nəsillikcə sap olmadı bizdən baltaya, Tarix təkrar zülm edirmiş qapazaltıya: Babam o vaxt düşəmmədi ”26"ya, Mən də indi öz babamdan geri olmadım, Heyf, heyf, “Doxsanbir”in biri olmadım".

Bir də iqtidar gərək söyən müxalifətçilərin üstünə çox getməsin. Yenə bunlar söyüb doyublar, təzə müxalifətçi gəlsə bəlkə daha pis söydü?

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022