İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızın sabahkı toyunun Yerin fırlanmasına mümkün təsirləri barədə

“Yaxşı ağlın olması azdır, ən əsası o ağlı yaxşı tətbiq eləməkdir”

(Rene Dekart)

Xaricdə mahnı yarışmasında muğam oxuyaraq mükafat almış bir müğənnimiz şikayətlənir, deyir, aeroportda məni qarşılayan da olmadı. Qardaş, sən Allah bizi bağışla. Üzrlü say. Qavalının altında ölək. Böyük günah eləmişik. Bizim millət belədir də. Hansısa idmançı güləşib, diplom alıb qayıtsa, hava limanından “Koroğlu” metrosunacan 7777 dəlini əllərində gül-çiçək dəstələri düzərik. Müğənni medal alıb gələndə isə özümüzü görməzliyə vururuq. Özü də dərindən yanaşanda mahnı oxumaq əslində bizim ən milli sənətimizdir, bundan böyük etnik uğurumuz yoxdur. Odur, Alim Qasımov Nyu-Yorkda konsert verəndən sonra amerikalılar muğamın şövqündən havalanıb Trampı prezident seçdilər. Ledi Qaqa isə Bakıda böyük sənətkarımızla eyni uçan xalçanı bölüşəndən bəri başını bağlayıb gəzir. Ta mahnı oxuyanlarımıza laqeyd yanaşandan sonra bizim axırımız necə olacaqdır? Burda bir tarixi əhvalatın yeridir. Akif İslamzadə bir zamanlar dövlətçiliyimizə zidd yola düşüb cəbhəçilərə qoşulan zaman Bakının mərkəzində hansısa mitinq zamanı polis onu döyməyə başlayır. Akif bəy etiraz edir, deyir, məni tanımadınmı, mən müğənni Akif İslamzadəyəm. Polis dəyərli sənətkarı sürüyüb maşına basa-basa deyir: “Nə olsun? İndi ki oxumursan!”

Sözgəlişi, keçən yazılarımda azərbaycanlı toyları kimi axmaq mərasimə hər il azı iki aylıq möhtəşəm fasiləyə səbəb olduğu üçün İmam Hüseynə qiyabi minnətdarlığımı bildirmişdim. O minnətdarlığa bir kiçik əlavəm də var. Məhəllədə bir uşaq var, özünə kolonka-pleyer almışdı, bütün günü sarsaq mahnılar oxudub baş-beynimizi aparırdı. Son günlər baxıram nəsə qəribə sükut çökübdür, heç kolonka mələmir. Uşağı çağırıb soruşdum, cavabını zövqlə dinlədim: “Babam məhərrəmlikdə mahnı oxutmağa qoymur”. Əhsən. O babaya da, rəhmətlik imama da. Gör müqəddəs insan necə olur. 1300 il sonra da insanların qulaq dincliyinin, salamat başının qayğısına qalır.

Bəlkə də bu konseptdən müxalifətin hakimiyyətə gəlməsi üçün yararlanmaq olar. Qoy müxalifət təbliğatını belə qursun ki, məhərrəmlikdə kənd bələdiyyəsi sədrinin üçüncü müavini iki aylığa müxalifətdən qoyulsa Allaha xoş gedər. Yoxsa bunlar iyirmi-otuz il də mənasız, bambılı bəhanələrlə millətin ürəyini bulandıracaqlar, hakimiyyət üzü görməyəcəklər. 30 ildir öz siyasətlərini səhhət üzərində qururlar, yenə abır eləmirlər. Ancaq insafən millət də elə bunların hardasa tayıdır, qoyasan boşboğaz ümidlərlə yaşasınlar, təki əllərini ağdan-qaraya vurmasınlar deyə hər cür yalana uysunlar.

Necə deyərlər, dağ Məhəmmədin yanına gəlməsə, Məhəmməd dağın yanına getməlidir. Bizim o manıs yoldaşın yerinə olsam, mən bir də azərbaycanlı toylarında əlimə qaval almaram. Oxumaram bunların (Nazim Nağıyev demişkən, bınnarın) toyunda. Ya da şairdən iqtibas eləsək: “Öldür məni, oynamaram bu toyda”. Bah, bah... Hələ biri də var idi: “Sabah o qızın toyudur, Açılma, sabahım, açılma”. Nə qədər qəddar münasibətdir. Sən indi istədiyin qıza yetişə bilməmisən, başqası alıb arvad eləyəcəksə, dünya xalqları sabahın açılmasını görməməlidirmi? Elə bil Lars fon Triyer “Melanxoliya” filmini çəkir. Ayıb olsun, çox antihumanist münasibətdir. Biz hər il Bakıda humanitar forum keçirdirik, bunun yazdığına bax. Təcili xalq şairi adını geri qaytar. Əmlak Komitəsi, Vüqar müəllim, Anar müəllim də münasibətini bildirsin. Özü də hiss olunur ki, şairin sevdiyi qız rayon yerində yaşayır, çünki paytaxtda rayondan fərqli olaraq toyu sabah-sabah yox, axşam düşəndə başlayırlar. Əks halda şair axşamın düşməsinə, xüsusilə gözlənilən mənfi nəticələrinə görə gecənin gəlməsinə qarşı olmalı idi. Sabah artıq iş-işdən keçmiş olur, planeti niyə qaranlığa bürüyürsən? Hələ mən onu yazmıram ki, sabah açılmasa, qaranlıq davam eləsə qızın toyundakı əğyar üçün daha münbit şərait yaranmış olur. Sənə bu lazımdırmı?

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022