İnsanlara hürriyət, millətlərə istiqlal!

Poeziyamızda monopoliya

Nəsiminin qəzəlləri, şeirləri çoxdur, ancaq nədənsə bizim eldə ən populyar olanı “Sığmazam” rədifli qəzəlidir. Ən azı son bir ildə bu qəzələ iki mahnı bəstələnmişdir. Görünür bu maraq şeirin daxili, məzmunu ilə sıx surətdə bağlıdır.

Axı orada şair dünyaya sığışmadığını, o cümlədən dünyada nə varsa hamısının ona məxsus olduğunu açıqlayır. Əsl inhisarçı, monopolist mövqedir. Hərçənd regionların inkişafı proqramımızın mahiyyətinə uyğun gəlmir. Lakin nə edə bilərik, ağa deyir sür dərəyə: bu il dövlət səviyyəsində şairin yubileyi qeyd olunur. O baxımdan, kim deyirsə sığışmıram, dünya mənə dar gəlir, deməli, haqlıdır. Arxasında Azərbaycan dövləti duran şair bütün Qafqazın, Orta Doğunun, Yer kürəsinin, Günəş sisteminin, Süd yolu qalaktikasının, canım sənə desin, bizim Kainatın içinə sığmaz. Hətta 1992-93-cü illərin ağır, xaos günlərində şairin bəxti gətirmədi, aparıb Hələbdə dərisini soydular. İndiki günlərə qalsa AYB üzvü seçilər, Yeni Yasamaldan, ya da adını daşıyan rayondan babat mənzil alar, xalq şairi adı verilər, bəlkə Anar müəllim başının üstündəki toz və hörümçək basmış Nizami Gəncəvi xalçasını açıb yerinə Nəsimi xalçası asardı. Adamın gərək tale üzünə gülsün. Bu temada bir lətifə var, deyir bir nəfər dua eləyir ki, ya rəb, nə olardı mən də yəhudi kimi doğulsaydım, onlar dünyanın ağasıdır, yaxşı yaşayırlar və sairə. Yuxarıdan səs gəlir ki, no problem. Toz-duman qopur, adam bir də baxır həqiqətən yəhudiyə çevrilibdir, ancaq Osvensimdə qaz kamerasının qabağında durubdur.

Güman eləmək olardı ki, Nəsimi ilində korrupsioner məmurlara qarşı savaş da kəskinləşəcək, onların dərisini soyacaqlar. Bəzi deputat açıqlamaları milləti şirnikləndirmişdi. Ancaq prokurorluq təkzib verdi, deyir altına milyard yığıb müxalifəti maliyyələşdirən keçmiş nazirlər araşdırma obyektimiz olmamışdır. Bəs onda Səyavuş müəllimin bəyanatı necə olacaq? Qanuna görə prokurorluq jurnalistlərin, deputatların sözləri əsasında cinayət təqibi başlamaq hüququna malikdir. Başlamırsa, deputatın söylədikləri anekdot kimi çıxır. Necə deyərlər, o pişikdirsə, ət hanı, ətdirsə, pişik hanı.

Özü də bu maliyyələşdirmə söhbətləri ciddi söhbətlərdir. Misal üçün, elə “Sığmazam” qəzəlini oxuyan və yerli-yersiz hər kəsin tənqid atəşinə tuş gələn (mənim fikrimcə, onun sponsoru bir balaca yekə adam olsa hamı indi klipi tərifləmək üçün növbəyə durmuşdu) manıs xanım dünən jurnalistlərə deyib ki, mətbuata açıqlamanı 1000 manata verirəm. Pulumu verin, danışım. Çox gözəl movqedir. Hətta biz bəlkə də yaxşı olar min manatdan atışaq verək, bu heç ağzını açmasın. İki min verək oxumasın. Ədalətli olardı. Beynəlxalq təcrübə belə tələb edir. Bugünlərdə rusiyalı manıs Timati Moskva meri Sobyaninə yaltaqlanan klip çəkmişdi, ona yutub-da o qədər dizlayk (pisləmə butonu) gəldi ki, məcbur oldu klipi silsin. İndi ruslar müzakirə açıblar ki, aha, biz Timati müəllimin yutub qiymətini deyəsən öyrənmişik, hər mahnısını 1 milyon dəfə dizlayk edək, ümumiyyətlə, yerli-dibli internetdən cəhənnəm olsun, yutub-da bir mahnısı da qalmasın.

Yazını isə şairin misraları ilə bitirirəm, çünki mən də bu köşəyə sığışmıram: “ ... Səni dil necə şərh etsin, a can, kim, Nə bilsinlər səni kim, can, nədənsən? ... Nəsimi çünki buldu xoş məlahət, Şirindir hər sözü, şirindəhənsən”.

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022