İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiya qurultayına təkliflərim

YAP-ın qurultay keçirəcəyi, bəzi ağsaqqal üzvlərlə vidalaşacağı, gəncləşmə siyasəti aparacağı anons edilmişdir. Yeni Azərbaycan Partiyasının yeniləşməsi, məncə, onun adında da öz əksini tapmalıdır. Qoy partiya indən belə Yeni-yeni Azərbaycan Partiyası, ya da Ən Yeni, Daha Yeni adlansın. Belə siyasi-terminoloji yanaşmalar dövlətçiliyimizin inkişafı, yeniləşməsi üçün də olduqca vacibdir. Məsələn, hərdən görürsən bir dilçi alim çıxır, başlayır mırıldanmağa: “Ana dilimiz əldən gedir, onu qoruyan yoxdur, paytaxtda lövhələr başqa dildə asılıb” və sairə. Daha bu alimciyə deyən yoxdur ki, qardaş, sən axırıncı dəfə paytaxtın müdirinin ana dilimizdə necə danışdığına qulaq asmısanmı? Dərdin nədir sənin?

Ümumiyyətlə, müdriklər çoxdan deyiblər ki, ən yeni nə zad varsa, o, mütləq köhnə bir şeydir, sadəcə, yaxşı unudulmuş köhnədir. Ayın altında təzə heç zad yoxdur - bunun belə ifadəsi də vardır. Düzü, sonuncu afyorizmdə Ay yerinə Günəş işlənən variantı da eşitmişəm, heç bilmirəm hansı həqiqətə yaxındır. Kimə hansı sərf eləyir, onu oxusun. Ancaq ulu atalarımız bu problemi daha yüksək səviyyədə həll eləyiblər: “Təzə Ay çıxanda, köhnə Ayı doğrayıb ulduz qayırarlar”. Bu da bizə əsas verir ki, köhnə yapçıların özlərini diskomfortda saymasına qətiyyən ehtiyac yoxdur, onlar hələ uzun müddət uca millətimizin karvan yoluna, Süd yoluna işıq salacaqdır.

Dövlətə xidmət üçün köhnə-yeni olmağa ehtiyac yoxdur. Hətta ölkəmizdə insan inkişafının üfüqləri o qədər genişdir ki, dövlətçilik yolunda qan-tər axıtmaq istəyirsənsə, hansısa vəzifə tutmağın da lazım gəlmir, bunu müstəqil formada eləyərsən. Örnək üçün, hazırda bir qrup dələduz və fırıldaqçının məhkəməsi gedir, qəzetlər başlıq qoyurlar: “İcra başçısının bacısı oğlu müttəhimlər kürsüsündə”. Halbuki başqa dövlətlərdə el yolunda dələduzluq üçün mütləq icra başçısı olmalısan. Burada isə bacıoğlu olmaq yetir. İcra başçısının bacısı oğlu, nazirin şoferi, rəisin xalası oğlu, prokurorun baldızı və sairə - bunlar hamısı dövlət vəzifələri fason şeylərdir. Hətta Dövlət İmtahan Mərkəzi vaxtaşırı müsabiqələr keçirir, gənclərimiz sənəd verir, bu vəzifələri tutmaq üçün yarışırlar.

İmtahan yazdım, yadıma düşdü. Qabaqdan 8 mart Qadınlar bayramı gəlir, bu isə bizdə adətən müəllimələrə hədiyyə almaq mərasimləri ilə yada düşür. Təhsil Nazirliyi hər il olduğu kimi, bu il də məktəblərdə 8 mart vəsait yığımlarını qadağan edən açıqlama veribdir. Ancaq problemin kökləri daha dərindir.

Əgər diqqət eləsək, adətən müəllimlərə 50 manatdan yığırlar. Niyə? Çünki 50 manatlığımızın üzərində məktəbə gedən bir dəstə arvad-uşaq təsviri var. Camaat da istər-istəməz düşünür ki, yəqin dövlətimiz 50 manatı müəllimə rüşvət üçün çap edir. Əks halda, niyə 100 manatlıq əsginasın üzərində Konstitusiya Məhkəməsi, Mərkəzi Bankın binası və sairə dövlət idarələrinin şəkli var? Bəli, bu da bizdə yuxarı orqanlara minimal ödənişin miqdarını açıqlayır. Daha sonra analiz eləsək, 20 manatda qılınc-dəbilqə var, özü isə yaşılımtıl-kamuflyaj rəngindədir. Hərbçilərin almalı olduğu maaşın miqdarını əks etdirir. Bir az da düşsək, 10 manat tarixi abidələrə, 5 manat yazıçılara, 1 manat isə musiqiçilərə qoyulan qiymətin şəklidir.

Sözümün canı odur ki, gəlin biz pulun üstündən məktəb şəklini yığışdıraq. Başqa təklifim rüşvətin aşkar edilməsində xalqın iştirakını həvəsləndirmək, stimullaşdırmaq yönündədir. Dünyanın bəzi ölkələrində çox uğurlu praktika var: sən hansısa qanun pozuntusunu görüb dövlətə xəbər verirsənsə, tutulan cərimədən faiz alırsan. Bizdə bunun bənzərini yol polisində tətbiq eləyirlər. Ancaq niyə vətəndaş da dövlətçiliyin qorunmasından nağd xeyir görməsin? Mən sizi inandırıram, əgər biz yol hərəkəti qaydalarının pozulmasından tutmuş rüşvətxorluğacan müxtəlif pozuntuların xəbər verilməsinə görə xalqa faiz ödəsək çox tezliklə böyük düzgünlük yaranar. Nə yolu qırmızı işıqda keçən olar, nə pay uman müəllim.

İcazə versələr bu təkliflərimi partiyanın qurultayında yüksək kürsüdən səsləndirəcəyəm.

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022