İnsanlara hürriyət, millətlərə istiqlal!

Ənvər müəllimə, xoş arzularla

“- Beləliklə, - deyə müstəntiq dəftərçəni vərəqlədi və nədəsə yəqinlik hasil etmiş adam kimi sözə başladı, - siz rəngsazsınız.

- Xeyr, böyük bir bankın birinci prokuristiyəm.

Bu cavab aşağıda - zalın sağ tərəfində gülüş doğurdu. Ancaq bu gülüş o qədər səmimi idi ki, K.Nözü də onlara qoşuldu".

(Frans Kafka, “Məhkəmə”)

Böyük alimlər deyirlər ki, hər hansı xalqın formalaşmasında, necə deyərlər, adam olmasında onun ədəbiyyatının böyük rolu vardır. Misal üçün, yenə alimlərin fikrinə görə indiki Azərbaycan xalqı adlanan cameənin formalaşmasında Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Sabirin - 19-cu əsr və 20-ci əsrin əvvəlindəki maarifçi yazarlarımızın əhəmiyyətli əməyi olmuşdur. Onlara qədər biz yox idikmi? Əlbəttə, var idik. Sadəcə, ideyasız, məqsədsiz, dağınıq bir toplum idik. Bizi birləşdirən dəyərlər din, torpaq, sərhəd, padşah, pul, bazar və sairə ola bilərdi, ancaq ədəbiyyat, dil birliyi, sonunda milli birliyimiz yaranmırdı. Hətta bəzi yoldaşların haqlı saydığım rəyinə görə bugünkü Azərbaycan xalqı Mirzə Fətəli Axundovun əsəri sayılmalıdır.

Bu uzun girişin məqsədini arif oxucular yəqin anlamışdır. Bəli, yenə mövzumuz Azərbaycan Yazıçılar Birliyidir. Zəhləniz tökülsə də belədir, nə edək? Hara fırlatsan, gedir çıxır Anar müəllimin idarəsinə. Çünki məmə yeyəndən pəpə deyənə qədər hər kəsi AYB üzvü ediblər. Ölkə balaca ölkədir, bunun elitası ancaq 2500 nəfər olar, onlar da hamısı AYB üzvüdür. Müxalifətli, iqtidarlı. Misal üçün, Milli Şura sədri Cəmil müəllim də AYB üzvüdür, YAP sədrinin müavini Səyavuş müəllim də. Elita dedim, Rüstəm müəllimin nakam elita axtarışları yadıma düşdü. Sözgəlişi, bu gün görün ağlıma nə gəlib. Keçən dəfə prezident seçkisi olanda Əli bəyin başçılıq etdiyi AXCP Müsavatdan İsa Qəmbərin namizədliyi olmasın deyə rejissor Rüstəm müəllimi zor-güc namizəd eləmək istəyirdi. Bəs növbəti dəfə kimi namizəd verəcəklər? Mən təklif edirəm Stiven Spilberq olsun. Dinozavrlar, uzaylılar haqda maraqlı kinolar çəkir, hökumət də bəlkə qorxdu. Düzdür, bunun vətəndaşlıq sənədində problem var, ancaq kimdə yoxdur? Elə Rüstəm müəllimi də biz namizəd edəndə Rusiya vətəndaşı idi. “Vahid namizəd Stiven Spilberqin Suraxanıda seçicilərlə görüşü olacaqdır” - gör nə qəşəng səslənir. Yox, bu dəfə müxalifət rejissor əvəzinə aktyor seçəcəksə təklif edirəm Robert de Niro olsun. Ya da Rasim Balayev. Rasim müəllim son çağlar gündəmdən düşmür, hamı çalışır onunla görüşsün. Zarafat deyil, adam 20 il ərəb istilaçılarına qarşı döyüşüb, quyuda pələngin ağzını cırıb, dərisini xalqın yolunda qoyub və sairə.

Qayıdaq mövzumuza. Mövzu isə odur ki, bu həftə tarixi bir hadisə oldu: Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovu 70 yaşına çatdığı üçün pensiyaya göndərdilər. Ənvər müəllim müstəqilliyimizin 30 illik tarixinə öz damğasını yapışdırmış adamdır, mən onu elə belə, əli boş yola sala bilməzdim, bir kaç kəlmə ifadə eləməliyəm.

İlk növbədə deməliyəm ki, Ənvər Seyidov orta statistik azərbaycanlı tipinin bariz nümunəsi idi. Xalqımızın bütün keyfiyyətləri onun simasında cəmləşmişdi. Şit artistizm, yıxılana balta çalmaq, zəifin evini yıxıb güclüyə yarınmaq, düşük şöhrətpərəstlik, maddiyyatı mənəviyyatdan üstün bilmək, yetimin çörəyinə bais olmaq və sairə və ilaxır. Mən demək istəmirəm bunlar hamısı o adamda var idi. Yox. Allah eləməsin. Mənim kimsənin xətrinə bu əziz Ramazan ayında dəymək fikrim yoxdur, Ənvər müəllim isə həm də 4 qat hacıdır. Onda həmin keyfiyyətlərin daha artığı var idi. Misal üçün, Ənvər müəllimi Qiyamət günündə məhkəmənin hakimi təyin eləsələr mələklərin hərəsindən 100 manat alıb prosesə buraxardı. İsrafilin zurnasını Kamil Cəlilova satardı və sairə. Çox tərifləmək istəmirəm, göz dəyər.

Adamın göz dəyəsi cəhətləri isə çoxdur. Özünüz baxın: Ənvər Seyidov hakim olmaqla yanaşı Azərbaycan Yazıçılar Birliyinin (roman-qətnamə, vəsatət-hekayə kimi yeni ədəbi janrlar kəşf edibdir), Azərbaycan Jurnalistlər Birliyinin (hökm kəsdiyi adamlardan başqa imza ilə ağlamalı reportajlar yazırmış, hətta reportajın sonunda hakimə qarğış eləyirmiş), Teatr Xadimləri İttifaqının (proseslərdə oyun çıxardırdı), Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü imiş. Hələ bunlar elmə məlum olanlardır. Axtarsan Ənvər müəllimin şənbə günləri Opera və Balet Teatrında Çaykovskinin “Sonalar gölü” baletində erkək qu quşu rolunu oynadığı, Azərbaycan Rəssamlar İttifaqının üzvü kimi göyərçin zılından “Mən sülhə səs verirəm” heykəl-kompozisiyası qayırdığı, Avtobus Sürücülərindən Bezənlər Cəmiyyətinin, İçərişəhəri Sevənlər Təşkilatının, Sədərək Tolkuçkasından Alver Edənlər İttifaqının, nə bilim, Biləcəridən O Taya Keçənlər Şurasının və sairənin üzvü olması da ortaya çıxar.

Məncə, biz axtarmayaq.

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022