İnsanlara hürriyət, millətlərə istiqlal!

Dördüncü sinif üçün rəvayət

“18-də sübhə üç saat yarım qalmış Seyfəlmülükün Gülüstani-İrəm şəhərinə yetişməyinə rəvayət var. Hər kəs bu gecədə nişanbazlıq etsə, övrət götürüb qaçsa çox xeyirlər aparar. Heç olmasa müxtəsər vəch ilə bir yerə oğurluğa getmək savabdır”

(Molla Nəsrəddin jurnalı, 9 iyun, 1906)

Yolum diş klinikasından düşmüşdü, gördüm girişdən yekə bir ərəbcə duanın qəşəng çərçivəyə salınmış forması asılıb. İçəridə hər bir kabinetdə də dana kəlləsi, göz muncuğu, dağdağan çubuğu və sairənin tam komplekti vardı. Elə kresloya oturub ağzımı açmışdım ki, tibb bacısı nəlbəkidə üzərik yandırıb gətirdi, “hüff” eləyib üfürdü düz boğazıma qədər. Az qaldı boğulub ölüm, bambılı mediamıza manşet verməmək üçün asqırıb dirildim. Deyir, bu təzə qarqara metodudur, ağız boşluğundakı bütün mikrobların, zərərli bakteriyaların anasını ağladırmış. Həkim dişimi yonmamışdan qabaq bir neçə dəfə parodontoz qovma, karies pisikdirmə, canım sənə desin, periodontit tüpürmə və sair stomatoloji dualardan da oxudu. Deyir, bunları indi AMİ-də keçirlər. Nə bilim, bəlkə də zarafat edirdi. Hərçənd indi mollalar qəbiristanlığa yasin oxumağa Nazirlər Kabinetindən aldıqları avtomobillə gedirlər. Hər şey mümkündür. 

Millət şəraitə uyğunlaşdıqca, şərait də millətə uyğunlaşmalıdır. İki saat yeyib-içməmək şərtilə evə qayıtdım. (Açığı, diş həkimindən çıxarkən eşitdiyim bu göstəriş mənə həmişə böyük ləzzət veribdir. Sanki biz hər saatbaşı yeyib-içirmişik, həkim məsləhət görür dayanaq. Adam özünü milyoner-zad kimi hiss edir). Evdə gördüm uşaq kitab açıb maraqla höccələməkdədir. Bəli, hörmətli və diqqətli oxucularımıza tanış olan, 4-cü sinfin “Azərbaycan dili” dərsliyindən söz açıram. Müəllifi Rafiq İsmayılov və Zahid Xəlilov, üstəgəl iki zənən xeylağı olan bu dəyərli kitab indiyəcən mənə xeyli tema vermişdir, indi də ümidlərimi doğruldacaqlarına əmin idim. Belə də oldu. Uşaq 174-cü səhifədəki “Ən böyük dövlət” adlı rəvayəti oxuyurdu. Rəvayətin qısa məzmunu belə idi ki, bir cavan oğlan kasıbçılıqdan şikayətlənir, ağlayırmış. Bu vaxt oradan keçən daşyonan bunu qınayır, deyir, ağlama, sən ən böyük var-dövlət yiyəsisən. Həmin var-dövlət isə oğlanın əlləri, gözləri, cansağlığı imiş.

İndi müəlliflər bu rəvayəti 21-ci əsrdə bizim uşaqların təmiz beyninə yeritməklə nə demək istəyirlər? Öncə xatırladım ki, bionik protezlər, hüceyrə yetişdirmə, nə bilim, klonlaşdırma-filan erasında uşağa “əlin-gözün var, bu var-dövlət bəsindir” öyrətmək cəfəngiyyatdır. Keçən il Stiven Hokinq öləndə bütün dünya yasa batmışdı, Stiven müəllim isə uzun illər hərəkətsiz qalmışdı, yalnız maşın, kompüter hesabına danışa, fikrini çatdıra bilirdi. Ancaq əlbəttə, müəlliflər dövlət sifarişini yerinə yetirirlər. O sifariş isə bundan ibarətdir ki, əlimizə-gözümüzə şükür eləyək, acından ölsək də, perspektivsiz, ümidsiz, gələcəyi olmayan formada sürünsək də dilxor olmayaq, ağlaşmayaq. Cansağlığı ən böyük sərvət harada sayılır? Mənəvi yoxsulluq olan yerdə. İç boş olanda. Heyvan kimi yeyib, içib, cinsi əlaqəyə girməkdən başqa hansısa məqsədi olmayan toplumlarda. O baxımdan, sən bizim dərsliklərdə ən böyük dövlətin ağıl, idrak, elm, həmçinin azadlıq olması haqda mətnlər tapa bilməzsən. Hələ mən psixoloji baxımdan, etik tərəfdən bu rəvayətin nə qədər ziyanlı, axmaq, tərbiyəsiz olmasını müzakirə eləmək istəmirəm. Tutalım bu mətni hansısa bir gözü, ya əli-ayağı olmayan uşaq oxudu. Hansı hissləri keçirəcək? Fikirləşəcək sinif yoldaşım Mamedin iki gözü də canavar gözü kimi işıldayır, Həsən isə şıllaq atanda iki ayaqla atır, onlar məndən varlıdır? Belə dərslik yazarlar?

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022