İnsanlara hürriyət, millətlərə istiqlal!

Dizli köşə

Əgər hökumət istəsə, qara daş nəinki göyərir, lap məhsul da verir

Bərdədə bir zəhmətkeş qonşunun uşağını döyüb videoya çəkmişdir, sonra bunu internetdə, sosial şəbəkələrdə paylaşıbdır. Deyir uşaq mənim uşaqlarıma şər atmışdı, ona görə cəzalandırdım. İndi bəzi vətəndaşlar kişini qınayır (adam hazırda çox məşhurdur, telekanallarda debatlara çıxır, gələn il namizədliyini versə, deputat olması mümkündür), onu şər-böhtanla üzləşərkən hüquq-mühafizə orqanlarına müraciət etməyə səsləyirlər. Bəs milli mentalitetimiz? Bəs mənəvi dəyərlərimiz? Bəs azərbaycanlılılılılılılığımız? (sonuncu söz lap pianino dilləri kimi alındı - yazımız musiqili yazıdır). Elə hər qiryət-namusa görə idarəyə üz tutsaq, Hollandiyanın tayı olmarıqmı? Ondan sonra gəl geyləri bələdiyyə sədri seç. Halbuki bizə kişi adamlar lazımdır. Kişi adamlar yaxşı idarə edirlər.

Eyni zamanda videonun internetə qoyulması vacib idi, çünki hökumət həmişə bizdə internetin azad olmasını vurğulayır. Elə bu həftə beynəlxalq təşkilat Azərbaycanda internet senzurasından bəhs eləyən hesabat yaymışdı, hökumət qətiyyətlə onların ağzından vurdu, hətta saytlarını blok elədik. Saytın admini bura gəlsə qoduqluğa basardıq, qorxaq şeydir, gəlmir, eləcə Fransada oturub bizə mırıldanır. Uzun sözün qısası, bizdə internet azadlığı vətəndaşları hər cür videolar çəkib yaymağa təşviq edir. Bəlkə internetimiz azad olmasa heç o uşağın diz çökməyini yaymazdıq, çünki Azərbaycanda kişilər yalnız 3 halda diz çökürlər: bayrağı öpəndə, bulaqdan su içəndə, əsgər yoldaşını məzara qoyanda (bunu bir əsgər yoldaşım xatirə bloknotuna yazmışdı, oradan yadımda qalıb, hər yadıma düşəndə ağlayıram). Azadlığın belə mənfi cəhətləri vardır. Bəziləri azadlığı anarxiya kimi başa düşür. Halbuki azadlıq ancaq türmədən çıxanda olur, türmə olmasa azadlığı göstərmək mümkün deyildir. Məsələn, həmişə gündüz olsa biz işıq pulunu necə yığarıq? Gecə də lazımdır. Yəni əlaqədar orqanlar internetə qadağa qoymaq istəsələr bunu nəzərə alsınlar. 

Başqa tərəfdən, Bərdədə uşağı diz çökdürən vətəndaş rayonun deputatı, hazırda Sosial Araşdırma Mərkəzinin sədri vəzifəsində çalışan Zahid Oruca da müraciət eləyə bilərdi. Zahid müəllim ona sosial metamorfozlar və koqnitiv dissonansın geopolitik ünsürləri temasında yaxşı mühazirə oxuyardı, asayiş bərpa olunardı. Mərkəz demişkən, Milli Strateji Düşüncə Mərkəzinin də olayın böyüməsində rolu vardır, həm prosesə laqeyd qalırlar, düşünmürlər, həm də uşağı döyüb çəkən yoldaşın adı İsa-dır. İsa Qəmbərin burada günahı yoxdurmu?

Ümumiyyətlə, milli problemlərimizi vaxtında həll etməliyik, bizim Qarabağ dərdimiz var. Doğrudur, Bərdə hələ Nizami Gəncəvinin, Nüşabənin, Makedoniyalı İsgəndərin vaxtından gözəlləşmək yolunu tutub gedir, ancaq eyni sözləri təəssüflər olsun ki, Xaçmaz rayonu haqda söyləyə bilmirik. Nəinki söyləyə bilmirik, hətta buna çətinlik çəkirik. Müəyyən dərəcədə lüzum da görmürük. Bu yaxında Xaçmaza cavan bir oğlanı icra başçısı qoydular, indi deyir adamın orda yaşamağa yeri yoxdur, hoteldə qalır. Keçmiş başçı icra hakimiyyətinin qonaq evini öz adına keçirib mənimsəyibmiş. Təbii ki, icra başçısının hoteldə qalması rayonda turizmin inkişafına müsbət təsir göstərəcəkdir, ancaq dövlətimizin imicinə xələldir. Sonra ermənilər deyər ki, bunlar heç icra hakiminə ev tapmır, özləri harda qalırlar...

Halbuki bizdə ev çoxdur. Dünən şair Musa Yaquba dövlət tərəfindən 3 otaqlı ev verilməsi hamımızı sevindirdi, şəxsən mən şairin bir neçə şeirini əzbərlədim ki, qabaqdan bacıqızının toyu gəlir, orda oxuyum, çünki zalım tamada adama söz verir, qalırsan gic kimi, bilmirsən nə deyəsən. Şairin nəhayət 82 yaşında ev ala bilməsi olduqca təsirlidir. Ümid edək bu dəfə evin remontu var, çünki bəzi xalq şairlərimiz sonradan evə kafel, metlax, unitaz almaqda çətinliklə üzləşirlər. İnşallah, gələn il Anar müəllimin 82 yaşı tamam olur, ona da ev versək yaxşı olar. Beş mərtəbəli evin altıncı mərtəbəsindən.

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022