İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid əsgərinin kədərini gözündə daşıyan general

Ötən ilin noyabrına qədər “müzəffər general” deyiləndə adamın gözünün qabağına Jukov, Rokossovski, Konev, Çuykov kimi əfsanəvi sovet generalları, marşalları gəlirdi.

Gerçəkdən də bu şəxslər faşizmin məhv edilməsində, “dünya ağalığı” ideyası ilə gözü dönmüş hitlerçilərin darmadağın olunmasında əvəzsiz xidmətlər göstərib, bəşəriyyətə töhfə veriblər.

2020-ci ilin oktyabr-noyabr aylarında isə bizim “müzəffər general” anlayışımız xeyli dəyişdi. Öz qalib generallarımızı tanıdıq.

44 günlük müharibədən əvvəl onları ölkə əhalisinin böyük hissəsi tanımırdı, bəlkə öz əsgərləri və əsgər valideynləri onları gendən-genə tanıyardılar, əl-əlbət, adlarını eşitmişdilər.

Müasir tariximizin II Qarabağ müharibəsində onları hamı tanıdı. Bizim generallar da erməni faşizminin, “region ağalığı” iddiasında olan düşmənlərin cilovlanmasında, ağızlarına qantarğa vurulmasında böyük rol oynadılar və əslində bəşəriyyətə xidmət etdilər.

Onlardan biri də bu gün doğum günü qeyd olunan general-leytenant Hikmət Mirzəyevdir.

13073-1607625516.jpg (37 KB)

Bu gün sosial şəbəkələrdə generala ünvanlanan minlərlə təbrik mətni oxumaq olar. Bu, səbəbsiz deyil. Hikmət Mirzəyev öz xidmətiylə, ərdəmi ilə, ciddiyyəti ilə, ən əsası, təvazökarlığı ilə xalqımızın sevimlisidir.

Bir çoxları onu “müzəffər general”, “Şuşanı azad edən komandir” adlandırır, onun rəhbərlik etdiyi xüsusi təyinatlı qüvvələrin müharibə zamanı fövqəladə xidmət və şücaət göstərdiklərini qeyd edirlər.

Bunların hamısı həqiqətdir. Hər kəs etiraf edir ki, XTQ-nin və onun komandanının şücaəti deyildiyi qədər var.

Ancaq Hikmət Mirzəyevi xalqın sevimlisi edən bir detal da var. O, şəhid əsgərlərinin kədərini qələbə paradı zamanı gözlərində daşıyan generaldır.

1610347179_131286562_4150326981661365_3187599300900042092_o.jpg (607 KB)

Həmin gün əslində onun ən fərəhli günüydü, müharibədə qələbə qazanmışdı, müharibə qəhrəmanı elan edilmişdi, paradın ən şərəfli və fəxri yeri onun üçün ayrılmışdı, ancaq generalın gözlərindən kədər oxunurdu.

Paradın önündə qürurla, müzəffər generallara xas addımlarla irəliləyən generalın nədən kədərli olduğu açıq-aydın bilinirdi. Heç bir izaha ehtiyac yox idi ki, həmin anlarda o, qələbə gününü görməyən igid əsgərlərini düşünür, qəlbində onları yad edir, gənc ömürlərinin vətən yolunda olsa da, yarımçıq qırılmasına üzülür.

Tarixdə müzəffər generallar çox olub. Onlardan bəziləri qələbəni yüz minlərlə gənc əsgəri ölümə (bəzi hallarda mənasız qırğınlara) verməklə qazanıb. Bəzilərininki tamamilə “Pir qələbəsi” olub, astarı üzündən baha başa gəlib.

Ancaq Hikmət Mirzəyev öz əsgər və zabitlərini hər zaman qorumağa çalışıb, hərbi birləşmələrin mənasız itkiyə məruz qalmasına yol verməyib. Hər halda, onu tanıyanlar belə deyirlər və şübhəsizdir ki, düz deyirlər. Elin gözü tərəzidir. Bu xalq 15 il öncədən kimə barmaq tuşlayıb “yaramaz” deyirdisə, 44 günlük müharibədə tam sübut olundu ki, elədir.

Xalqımız bu doğum günündə müzəffər generalımıza cansağlığı, şərəfli xidmət və böyük uğurlar arzulayır.

Biz də adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk edən qəhrəman generalımıza həmişə xalqının sevimlisi və arxa-dayağı olmağı arzu edirik. 

 

YAZARIN DİGƏR YAZILARI

09 Mart 2022

07 Mart 2022

05 Mart 2022

04 Mart 2022

02 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

17 Fevral 2022

15 Fevral 2022

12 Fevral 2022

10 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022

05 Fevral 2022

03 Fevral 2022

31 Yanvar 2022

29 Yanvar 2022

28 Yanvar 2022

26 Yanvar 2022

23 Yanvar 2022

21 Yanvar 2022

20 Yanvar 2022

17 Yanvar 2022

15 Yanvar 2022

14 Yanvar 2022

12 Yanvar 2022

09 Yanvar 2022

08 Yanvar 2022