İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğın generallarının irəli çəkilməsi – Qreçko, Rodionov, Bakatin, Primakov, Lebed, Açalov...

3311 09.01.2022 19:15 Yazarlar A A

10 gündən sonra, yanvarın 19-da, bu gün qardaş qazax xalqının yaşadığı ağrı-acıları, işğal müsibətini, qətliam iztirabını yaşamağımızın 32-ci ili tamam olacaq.

1990-cı ilin 20 yanvar günü çəkilən o şəkillərə baxırsan, elə bil, o müdhiş günlərin üstündən bir əsr keçib. Amma cəmi 32 ildir.

32 il az müddət deyil. O faciəvi günlərdə doğulan uşaqlar bu gün 32 yaşlı, saqqalına dən düşmüş kişilər, məktəbə övlad aparıb-gətirən qadınlardır.

Ancaq o günləri yaşayanların, sovet-rus ordusunun tanklarının vahiməli tırıltısından xoflanan, “Kalaşnikov” avtomatlarının şaqqıldayan atəşindən səksənənlərin yaddaşında 1990-cı ilin 19-20 yanvar günü sanki dünəndir.

Bu gün Qazaxıstanda baş verən hadisələr o günləri bizə yenidən yaşadır və yaşlı nəsil qazaxların düçar olduğu bəlanı tam anlamı ilə hiss edir.

Bəlkə də 1990-cı ilin yanvarında Çexoslavakiya xalqı, əsasən də Praqa sakinləri bizim nə çəkdiyimizi hamıdan yaxşı bilirdilər. Çünki 1990-cı ildə çexlərin və slovakların başına gələn bənzər faciədən düz 22 il keçirdi.

32 illə müqayisədə 22 il azdır və işğal faciəsinin şahidləri daha çox, daha iti yaddaşlı olarlar, hər halda.

İndi Xəzərin o tayından gələn xəbərlərə görə, Avropanın ərazicə üç ən böyük ölkəsindən biri olan Qazaxıstanda artıq 164 insan həyatını itirib.

1990-cı ilin yanvarında biz də təxminən o qədər həmvərənimizi itirmişdik. Onlar, yazıçı Sabir Əhmədlinin sözü ilə desək, “gözləri it bənövşəsinin rəngində olan əsgərlər”in gülləsinə tuş gəlmişdilər.

Əslində etiraza qalxan dinc əhaliyə hərbi divan tutulması aktı bizdən 4 il əvvəl yenə də qazaxların, Alma-Ata sakinlərinin başına gəlmişdi. Fəqət qazaxlardan başqa heç kəs bu müsibətin gerçək miqyasını bilmirdi. Sovet təbliğatı və sovet senzurası gerçəkləri hermetik şəkildə ört-basdır etmişdi.

II dünya müharibəsindən sonra dəfələrlə, müxtəlif şəhərlərdə dinc əhaliyə qarşı ordu birləşmələrindən istifadə edən rəsmi Moskva törətdiyi bu hərbi cinayətlərin heç birinə görə hələ də cavab verməyib.

1953-cü ilin yayında Berlində və Şərqi Almaniyanın başqa şəhərlərində, 19956-cı ildə Macarıstanın paytaxtı Budapeştdə, yaxud 1968-ci ilin baharında Praqada, 1986-cı ildə Alma-Atada, 1989-cu ildə Tbilisidə, 1990-da Bakıda, 1991-ci ildə Litvanın paytaxtı Vilnüsdə ordu birləşmələrinin qanunsuz istifadəsi ilə törədilən hərbi cinayətlərə görə bir nəfər də olsun, sovet siyasi xadimi, məmuru və ya hərbçisi məhkəmə qarşısında durmayıb.

Halbuki qətliama siyasi qərar verənlərlə yanaşı, ayrı-ayrı hərbçilər qoca, uşaq, qadın demədən yüzlərlə insanı qətlə yetiriblər, ən azı səlahiyyət hədlərini aşıb, qanunsuz və lüzumsuz silah tətbiq ediblər.

1234.JPG (43 KB)

Əksinə olub. 1953-cü ildə Berlində 250-yə yaxın insanı qətlə yetirən hərbçilərə komandanlıq edən Andrey Qreçko Berlin qırğınından 2 il sonra marşal rütbəsi və Sovet İttifaqı Qəhrəmanı adı (bir dəfə 1958-də, ikinci dəfə 1973-cü ildə) alıb və SSRİ-nin müdafiə naziri (1967-76) olub.

Sonradan, 1968-ci ildə Qreçko Praqa qırğınına da rəhbərlik edib. Varşava müqaviləsi təçkilatına aid hərbi birləşmələrin Praqanı “fəth etmiş” hissələri birbaşa sovet marşalına tabe olub.

1989-cu ildə Tbilisidə dinc insanları qətlə yetirən sovet-rus hərbçilərinə komandanlıq etmiş İqor Rodionov “xidmətdə fərqləndiyinə görə” sonradan Rusiyanın müdafiə naziri (1996-97 )və Dövlət Dumasının bir neçə çağırış deputatı olub.

1990-cı ildə Bakı qırğınına rəhbərlik etmiş Vadim Bakatin qırğından il yarım sonra SSRİ DTK-sının sədri təyin olunub.

Qırğına siyasi rəhbərlik etmiş Yevgeni Primakov isə əvvəlcə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru (1991-1996), sonra xarici işlər naziri (1996-1998), daha sonra baş nazir (1998-2000) postlarında işləyib.

Bakıda “fəallıq” göstərən general Aleksandr Lebed də kənarda qalmayıb, bir müddət RF-nin təhlükəsizlik şurasının katibi postunu tutub.

66.JPG (23 KB)

1991-ci ildə Litvanın paytaxtı Vilnüsdə etiraz aksiyası keçirən dinc əhalini qətlə yetirmiş Vladislav Açalov 12 günlük olsa da Rusiyanın müdafiə naziri (1993) postuna təyin edilib.

Başqa sözlə, öz ölkəsinin xalqına qarşı “döyüşlərdə fərqlənənlər” həmişə qabağa çəkilib. Onlar “ağır günlərdə sınaqdan çıxmış hərbçilər” hesab edilir və həmişə mükafatladırılırlar.

Bu gün Qazaxstanda “fərqlənən” hərbçilər də kənarda qalmayacaq, əvvəl-axır öz “mükafat”larını alacaqlar.

Belə hərbi müdaxilələr və qırğınlar isə heç vaxt unudulmur. Biz də unutmamışıq və baiskarları hələ də lənətləyirik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR