İnsanlara hürriyət, millətlərə istiqlal!

Leyla Yunusun “alqışı”...

 

 Leyla Yunusdan ümidimi hələ xeyli əvvəl üzmüşdüm. Avropa ölkələrinin Bakıdakı səfirləri onu istintaqda ifadə verməyə gedərkən müşayiət edəndə. O qədər siyasətçi, jurnalist, hüquq müdafiəçisi haqlı-haqsız həbs edilib, həmin səfirlər heç vaxt toplu halda belə “isti” münasibət göstərməmişdilər. “Leyla Yunus Avropa üçün hansı əhəmiyyəti daşıyır ki, ona bu qədər diqqət ayrılır” deyə həmin vaxt özümə sual vermişdim. Ona qədərsə çox səmimi şəkildə hüquq müdafiəçiliyinə müəyyən ümidlərim var idi.

Nə isə...hansı ümidlərimiz daşa dəymir ki?!.. Yenə də səmimi bir etiraf edim, ona pis bir şey olmasını arzulamırdım. Qoy gedib hansı ölkədə istəyir, yaşasın, təki, bizdən uzaq olsun, bizə ziyanı dəyməsin.

Amma bir məqam olur ki, bütün səmimiyyətinin və düşüncələrinin üstündən xətt çəkilir. Anlayırsan ki, adam məhz Azərbaycan əleyhinə fəaliyyətinə görə maliyyələşdirilib, ciddi müdafiə olunub. Yadına müsahibələrinin birində dediyi nüans düşür: “Bakıda metro stansiyasında terror törədən erməni əsilli şəxsin həbsxanada hüquqları pozulur, saxlanma şəraiti yaxşı deyil, siyasi məhbusdur”. İllər öncə bu məsələ ilə bağlı Azərbaycanın başına xeyli oyunlar gətirilmişdi. Sonra bir-iki “Boinq” alındı və işlər qismən qaydasına düşdü.

Leyla Yunusun şəxslərə münasibəti anlaşılandır. Adam həbs edilib, əziyyət çəkib, mənəvi travmaları var. Amma ən müxtəlif formalarda kimin yoxdur ki?! Fərdlərlə olan konfliktləri ölkəyə, sıravi insanlara transfer etmək nə qədər ədalətlidir?! Ya da Xocalı soyqırımına necə gülmək olar?! Əgər sən milliyyətindən asılı olmayaq doğurdan da azərbaycanlısansa, ölkədəki mövcud qaçqın və köçkün problemini necə dana və ya ritorika ilə qarşılaya bilərsən? Ya da məsələn, ölkədə siyasi ədalətsizlik, məmur özbaşınalığı varsa, bunun acığını necə mənəvi faciələrdən onsuz da əziyyət çəkən sıravi adamlardan çıxmaq olar? Nə isə, sual çoxdur. Amma Yunusların heç biri, xüsusilə də Leyla Yunus bunlara cavab vermək niyyətində olan biri deyil.

Və nəhayət, bir yazıya görə bu gün xaricdə oturub, adamı min sözlə təhqir edən, “ermənisən, əxlaqsızsan, savadsızsan, düşmənsən, iyrəncsən” və sair kimi xoş olmayan ifadələri deyən insanlarımız var. Leyla Yunus məhz o publikaya arxalanır. Amma bu gün dövlətini, vətənini və vətəndaşını aşağılayan həmin “ordu” bir gün Yunusların üstündən keçəcək. Qaldı təhqirlərə... Mövqeyi ilə razılaşmadığın adamı təhqir etmək ibtidailikdi, primitivlikdi. Təhqirlə danışmaq həmçinin tərbiyəsizliyin, mənəvi yoxsulluğun isbatıdır, intellekt kasadlığıdı. Bir atalar sözündə deyilir: “Danış, deyim kimsən”.

Bu gün bizim cəmiyyət aqressiv və söyüşkəndir. Aqressivlik cəmiyyətə yaxşı gələcək vəd etmir. Siyasi mübarizədə tərəflərin bir-biriləri ilə söyüşlə danışması ölkəni bada verər. Necə ki, hazırda Orduxanın aqressiyası artıq onun ermənilərin torpaqlarımızın işğalına haqq qazandırmasına gətirib çıxarıb. Leyla Yunusun isə eyni aqressiya ilə qaçqınlarla bağlı yanlış mövqe tutub.

Bu insanlar həyatlarındakı uğursuzluğun qisasını öz ölkələrindən, öz millətindən alır. Onlar bircə halda sakitləşəcək, cəmiyyətin aqressiyasını azaltmağa yönəlik addımlar atılanda. Aqressorların üstünlük təşkil etdiyi ölkənin sonu yoxdu. 

YAZARIN DİGƏR YAZILARI

13 May 2021

09 Noyabr 2020

27 Oktyabr 2020

19 Avqust 2020

28 Iyul 2020

26 Iyul 2020

13 Aprel 2020

24 Yanvar 2020

09 Dekabr 2019

25 Noyabr 2019

20 Noyabr 2019

08 Sentyabr 2019

09 Avqust 2019

19 Iyul 2019

18 Iyul 2019

17 Iyul 2019

06 Iyul 2019

11 Iyun 2019

17 May 2019

29 Aprel 2019

27 Aprel 2019

11 Aprel 2019

10 Aprel 2019

03 Aprel 2019

30 Mart 2019

28 Mart 2019

27 Mart 2019

28 Fevral 2019

09 Fevral 2019

07 Fevral 2019