İnsanlara hürriyət, millətlərə istiqlal!

Xan sarayı, Qala bürcü, mənasız AJİOTAJ…

1673 27.04.2019 10:40 Yazarlar A A

…Və ya dəbdən düşmüş “hücum”…

Həmişə belə olub.  Azərbaycanda ən müxtəlif vəzifələrə gətirilən ermənilər təbii ki, bilərəkdən və planlı şəkildə ölkənin tarixinə, kölgə salmaq üçün min oyun durxuzublar. İçərişəhərin 25 qala bürcündən birini illər öncə dağıtmaqla nəticələnib durğuzduqları oyun. Azərbaycan müstəqilliyini qazandıqdan sonra isə o vaxtkı ölkə rəhbəri Heydər Əliyevin birbaşa göstərişi ilə sökülmüş bürcün dəqiq yeri bəlli olub və  cüzi fərq göstəricisi ilə restavrasiya edilib. Bunu əslən İçərişəhərdən olan, böyük rəssamlarımızdan Mirteymur da təsdiq edib. Sənətkar həmçinin bildirib ki, o dönəmdə bərpa işləri yəqin ki, tarix üçün və gerçəkdən hadisə olduğuna görə video lentə də alınıb…

İndi gələk ona ki, nə baş verir?..

Bir müddət əvvəl, Bakı şəhərinə sizi bilimirəm, mənim  xatırladığım az sayda uğurlu kadrlardan Eldar Əzizov mer təyin edilib. Adamın işgüzarlığı, mədəniyyəti və işi bütün ölkəyə bəlli, ona tərif demək niyyətim yoxdur. Niyyətim o ki, adam başını önünə salıb dövlətinə, insanlara qulluqda ikən ortaya iki min neçənci illərdəsə çəkilən video görüntüdən kadrlardan, şəkillər çıxır. Ajiotaj yaranır ki, bəs necə deyərlər meriyanın “qulağının dibində” İçərişəhər əldən gedir, amma kimsənin tükü tərpənmir. Əslində bu mövzuya xeyli qulağı şəklənmiş, adına həmkar, media adamı, deməyə utandığım adamlar da qatılıb. Qatılıb deyəndə,  İşərişəhər hoqqasını, onların əli ilə “körükləyirlər”.

Qolçomaq mediası

Onlara başqa ad deyə bilmirəm. Çünki qolçomaq mirzələrindən savayı bir şey deyillər. Niyəsini soruşan olsa, deyim. Adamın ozündən, kampüterindən və dizaynından niyabətlik yağan saytndan başqa nəyisə yoxdur. Bircə o var ki, əyləşib ondan alıb bundan yazır, bundan alıb ondan yazır. Adını da jurnalist qoyub. Qarşısına dövlət keçə bilmir, bağırır ki, söz və mətbuat azadlığımız əlimizdən alınır, ay haray, Amerika gəl! Heç nüfuzlu media quruluşları da onlara irad tuta bilmir, onda da bağırırlar ki, bəs medianı da inhisara aldılar! Bunlarla qanun da baş edə bilmir. Çünki orda hər hansı məhdudiyyət tətbiq ediləndə, o da dövlətin üzünə beynəlxalq təşkilatlar tərəfindən çəkilə bilən silləyə çevrilir!

Hansı mənzərə yaranıb?…

Cənablar, bu adamlar istənilən halda bağırır. Bu gün, normal medianı belə üstələməyi bacarıblar, təbii ki, bağıra-bağıra. Onların səsləri bizimkindən ötkəm və haqq səsi kimi görünür. O mənada ki, biz bağırana yazığı gələn millətik. Bağırdanı dinləmirik, vurub öldürürük. Sonra isə ayılırıq ki, bəs, əslində bağırdan haqlı olub. Bağıransa bizi psixoloji olaraq yaxşı tanıyan, çoxbilmiş imiş. İllərdir dəyişmirik. Biz instinktiv ilk bağırana  baxırıq. İndi o bağıranlar deyir ki, İçərişəhər əldən getdi, mer göz yumdu, İçərişəhər Dövlət Qoruq İdarəsi rüşvətxordur və sair…

AJİOTAJ yaranıb…

Hamı söyür, haqqı çatan da, çatmayan da…

Hamı ittiham edir, əsası olan da, olmayan da…

Hamı ağıl qoyur, ağlı olan da, olmayan da…

Biz nə edirik…

Müdrikcəsinə susuruq. Utanırıq! Abır edirik! Zamansa gedir və itir. İtən zaman onlara qazandırır, bizsə uduzuruq. Sonradan başlayırıq addımlara nəsə pıçıldamağa. Məsələn, deyirik ki, elə deyil…  Eşidən olurmu? Olmur! Bu bizim məmur, vətəndaş və abırlı media adamı olaraq BÖYÜK qüsurumuzdur. Meydanı sərraflara buraxmışıq. Onlar da harın böyüyüblər, dayanmadan bağırırlar. Belə olmamalıydı. Biz buna yol verməməliydik. Əgər İçərişəhər haqq-hesabından sonra da ayılmayacağıqsa, daha bizə sözüm yoxdu. Elə yox olub, batmağımız məsləhətdir. Hələliksə bu olayın üzəindən, bizə ümidim olduğu üçün, üslub dəyişmək zamanıdır. Hər kəs yerini və ədəbini bilməli. Dövlətimiz də normal media və media adamları ilə rəsmi qurumlar arasında körpü yaratmalıdır. Amma bu dəfəki körpüdə dostluq münasibətləri ilə, iş münasibətləri qarışıq salınmamalıdır. Mən bu yazı ilə başladım…

EHEEEEEYYY, bağıran məxluq, dayan, mənim də sözüm VAR!…

İki mininci illərdə çəkilən kadrları insanlara SIRIMA!

Kimsə Azərbaycan tarixini yer üzündən SİLƏ BİLMƏZ!

Adamlar, bu yoldan ötənlərin sözünü DİNLƏMƏYİN!

Müqayisə edin:

-Sizə kim söz deyir!

-Kimi oxuyursunuz!

-Kimə baxırsınız!

-Kimi dinləyisiniz!

-Dostla düşməni seçin!

-Sevənlə, söyəni fərqləndirin!

-Ələ salanla, canı yananı ayırın!

Bu olmasa sağlam media olmayacaq. Bu olmasa evinizdə mənəvi göstəricilər, elə gözünuzüz önündə itib, aşınacaq! Siz də maddım-maddım baxacaqsınız. AYILIN! SİZin DÖVLƏTə, DÖVLƏTin də SİZə ehtiyacı var!..

Dağılan XAN SARAYI…

İllər öncə idi, hazırda fəaliyyətinə xitam verilmiş media quruluşlarından birində çalışırdım. Bir gün sevdiyim və məni sevən qocaman media adamı dedi bəri gəl, qız, “Xan sayarı” dağılır, get heç olmasa xarabalığını çək. Təəccübümü görüb, nə var ay qız, nə baxırsan? Şəkidəkini yox, İşərişəhərdəkini deyirəm. İlk onda bildim ki, Bizim iki xan sarayımız olub. Biri Şəkidə, biri Bakıda. İçərişəhərin Şamaxı qapısından, indiki qoşa qala qapısından girəndə sol tərəfdə, on səkkizinci əsrə aid memarlıq abidəsindən söhbət gedirdi.

Bura 1747-1806-ı ilə qədər Bakıda hökmranlıq etmiş xanların yaşayış kompleksi olub.  1747-ci ildə Nadir şahın olümündən sonra, malikanədə Birinci Mirzə Məhəmməd xan, Məlik Məhəmməd xan, ikinci  Mirzə Məhəmməd xan, Məhəmmədqulu xan və Hüseynqulu xan ayrı-ayrı illərdə, öz hakimiyyətləri dönəmlərində ailələri ilə birgə yaşayıb.  Saray haqda məlumatlar 1809-cu ildə Bakə şəhərinə dair məlumatlar rəsmiləşdirilərkən sənədlərə salınıb. Sənədlərdə bina xan saray yaşayış kompleksi və ərtafdaaı beş həyəti əhatə edir.

Ora oğrun girməli idik. Çəkiliş üçün kameramız operatorun plaşının içində, mikrafonum çantamda, hava alırıq deyə, iki dost kimi sərəh saat 6-da həmin məkana getdik. Gördüyüm mənzərədən heyrətə gəldim. Nə zamansa, çox gözəl olduğu hiss edilən hovuz, diqqətdən kənar qalan, bir neçə qocaman xan çinar, viran qalmış xanədan. Nə zamansa Bakı xanı yaşayıb burda.  Onun, ailəsinin səsi-küyü həkk olunmuş köhnə daş-divarlar. Elə bildim o dövrə düşdüm. Xanədanın adamı kimi duydum özümü. Yaşamasan, anlaya bilmədiyin duyğudur. Beləcə, çəkdik, yazdıq, işıqlandırdıq. Yadımdadır əməlli-başlı reaksiya doğurdu. Düzdür, icazəsiz çəkiliş üçün başımız da ağrıdı. Amma sözümüzü dedik və nəticə əldə etdik. Müəllif olaraq bu “cinayəti” və qeyri-etik hərəkəti elədiyimə görə, fəxarətlə özümə “düz eləmisən” deyib, təşəkkür elədim. Vicdanıma imtahandan o gün “əla” qiymət aldım. İndi həmin sarayda təmir və restavrasiya işlərinin aparılması üçün hasara alınmış binalar sırasındadır. Düzü sevinirm, sevinirəm ki, hələ ruhumuz salamatdır. Hələ müqəddəs duyğularımız var. Qorumaq, sevmək instinktlərimiz sabitdir, yerindədir, ölməyib. Sevinirəm ki, biz bizim olanı sahiblənməyi hələ də bacarırıq. Sevinirəm ki, Bakıya gələn xarici qonaqları İcərişəhərdə heyrətlə gəzən görürük.

Məni qorxudan İçərişəhər…

Bu qədər səs-küyün, ajeotajın arasında bir sözüm də var. Nədənsə yazanda, hansısa mövzuya toxunanda “bu mənə nə qazandıracaq?” ən sonuncu sualınız olsun. Vacib olanı “bu yazı mənim dövlətimə, ölkəmə, şəhərimə onun gələcəyinə nə qazandıracaq?” sualıdır. Doğrudur, bu ölkədə bizi qane etməyən xeyli məsələlər var. Bizi həyata küsdürən çox səbəblər mövcuddur. Bizi pisliklərə sövq edən, nəfsiqısa olmaqdan çəkindirən xeyli hadisələr də  baş verəcək. Hətta vəzifəyə, kresloya oturmaq, gəlmək üçün kimisə “vura” da bilərik. Amma bunu vətənlə, tarixlə, ölkənin adına ləkə gətirəcək əməllə etmək olmaz, heç olmaz! Bu qırmızı cizgini keçmək və namərdcə döyüşməkdir. Düşməninsə ən qorxulusu namərd olanıdır. Azərbaycanın içdə də, dışda da namərd düşməni çoxdur. O üzdən yavaşca bir qorxumu da mən deyim içərişəhərə aid….Eheeeyyy, İçərişəhər, penaplas pəncərələrindən qorxuram…

Jalə Mütəllimova

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR