İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasiləşən qadınlar...

2194 06.07.2019 13:33 Yazarlar A A

Biri vardı, biri yoxdu. Azərbaycan siyasi səhnəsində nüfuzlu, müxalif partiyalar, onların da ictimai xadimləri vardı. Sözləri söz, özləri öz idi.

Sonra nəsə oldu. Nə oldusunu hamı bilir, amma sübutu, sənədi yoxdu deyə, bu haqda danışılmır. Bax o olan nəsnədən sonra hamı bir-birinə həm düşmən oldu, həm də rəqib. İndi rəqiblik də arxada qalıb. Ələnib-ələnib əldə qalan düçmənçilik və bir də guya ki, rəqiblər arasındakı rəqabətdir.

Burda qəribi ağlamaq tutur. Məsələn, nə vaxtsa dediyim o partiyalar arasında nüfuzlulardan olan AMİP-də vardı.

Xatırlayıram, hətta müxalifətdə olan AMİP-dən millət vəkili, mərhum Şadman Hüseyn dövlətin Təhlükəsizlik Şurasının iclaslarında iştirak edə bilirdi. Yəni yüklü məsələlərdə müxalifətin dövlətlə birgə qərar vermək, paralel hərətək eləmək hüququ var idi...

AMİP-dəki siyasi xadimlər arada niyəsə hökumətdə, dövlət təmsilçiləri arasında görmək arzusunda olduğum biri, partiya lideri Etibar Məmmədov da nufuz sahiblərindən idi ölkədə. İndi baş verə rəqabət, ya da qeyri-normal siyasi mübarizə oyunlarında, düzü mənə görə pisliklər içərisində, onun adını görmədiyimə sevinirdim, düzü. Bu günlərdə olanlardan çox məyus oldum. O üzdən bu yazıya Etibar bəyə keçmişindən məktub da demək olar:

-Çox hörmətli Etibar bəy, bəlkə də yanlışım var, bəlkə bu keçmiş əqidə dostunuz, Əli Əliyevə gərəkən jestdir. Piardır, təbliğatdır, tanıtımdır, bilmirəm. Amma bu məsələdə sizə sayğı duyan birinin danışmasına ehtiyac gördüm. Nüfuz sahibi olduğunuz AMİP-də üçüncü kateqoriya siyasi şəxslər sırasında o zamankı mediaya təqdim olunan Əli Əliyevin keçmiş xanımından sizə ünvanlanan müraciətə baxıram bir neçə gündür.

Düzü, müraciət haqda düşündüklərimi qələmə alsam, onda həmin xanım növbəti bəyanatını mənə həsr edər yəqin, əminəm.

Nədən ki, mən də zənənəm və nənəmin atamın evdən çıxaranda etdiyi dua qulaqlarımdadır:

-Bala, səni şəri-şeytandan, quru böhtandan, məkri-zənəndən Allah qorusun...

Yəni Əli müəllimin keçmiş xanımının sizə yönəlik bəyanatında bu qədər ikrah və zənən hikkəsi var.

...Nə isə...Keçmiş dotunuz Əli bəyə bircə onu deyə bilərəm ki, müşahidələrim göstərir ki, parlamentə düşmək iddiasının hansısa mərhələsindədir, “indi onunla bütün problemlərini həll etmiş” sabiq xanımı ona guya ki, dəstək olur. Amma niyəsə əminəm, irəlidə, rəqiblərinizin tərəfinə keçmək ehtimalı da mümkündür. Çünki bu xanım bir dəfə öz həyat yoldaşından onun fəalı olduğu siyasi partiya liderinə yazıb, niyə bunu ikinci dəfə təkrarlanmasın. Yəni hörməkli Əli müəllim çalışın xanımla şəxsi zəminə yönəlik qayğınız yaşanmasın, detallara varmıram.

Dönək sizə, Etibar bəy. Düzü sizin yaxşı bir əks arqument arxiviniz olmağınızı da bilirəm, ensklopedik məlumatlılığınızdan da xəbərdaram, amma yalanı yoxdur, sizə yaraşdırmadım. Son illər Azərbaycan siyasətində dəbə düşən ev içində olan xanımların siyasətə calanması prosesinin elementlərini sizdən görmək (hətta buna məcbur qalmısınızsa belə-J.M), məyus elədi. Bu siz deyilsiniz. Ya da mən tanyan siz deyilsiniz...

Beləcə, anladım ki, gözəlim məmləkətdə artıq güvənilir dağlar qalmır. Hamısının başına qar ələnir. Nə gizlədim, çimçəşdim, hətta bu barədə yazmaqdan da çimçəşdim. Çünki ölkədə dəyərlər sistemi laxlamayıb, kökünə balta çalınır Etibar bəy. Sizin simanızda bu şorbada duz görməyə alışmamışdım. Gördüm. Alışmağa məcbur qaldım...

***

Bir də Əli Əliyevə sualım var. Necə yol verirsiniz ki, nə zamansa evinizdə xanımlıq edən biri sizin piar işinin predmeti olur?! Əslində bu son dərəcə elit formatda ola və başucalığı gətirə bilərdi. Nədənsə bu işdə aqressiv, köbud, söyüş və qeyri-etik davranışları üsulunu şeçir siyasilər.

Bilmirəm, bəlkə də ümid edirsiniz ki, cəmiyyət də bu cürdür, sərt, aqressiv və qarışıq. Yəni bu auditoriyanın etimadını qazanmaqdan savayı yol yoxdur. Düşünürəm səhviniz var. Bilirsiniz cəmiyyət özünə, həyat tərzinə aqressivdir, şəxsi həyatlar üzərindən qurulan bütün şoulara isə reaksiya belədir:

Bunlar evlərini idarə edə bilməyib, dost kimi dost, sirdaş kimi sirdaş olmayıb, bizim halımıza necə yanacaqlar axı?!
Beləcə, it də gedəcək, ip də. Yəni ictimai nufuz da, etimad da, inam da məhv olacaq. Səhnədə dalaşan arvadlar, qazanmaq istəyən kişilər görünəcək... Biz də boynumuzu büküb maddım-maddım baxacağıq...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR