İnsanlara hürriyət, millətlərə istiqlal!

Görəsən, Əli İnsanova kimlər “sağlam ol!” deyəcək?...

2010 25.11.2019 02:02 Yazarlar A A

Sabiq səhiyyə nazirimiz Əli müəllim İnsanov HƏP yaradıb. Haqq-ədalət partiyası. Əvəlallah partiyasının rəhbərlərinin hamısının üzündə bir işıq, gələcəyə nəhəng bir ümid var. Sonra bir də düşünürsən ki, bəs HƏP-lə başlayan nə var, nə yox?!

Həpçi var, adam soyuqlayanda eləyər tez-tez...

HƏPənd də var, qüsura yol verərsən, sənə acıqlanıb belə deyərlər...

HƏPrimişlər də var. Nə evlənməzsən, nə ərə getmərsən. Kənd arvadları tanımayana səni belə təqdim edər, Həprimiş filankəs...

Amma Əli müəllimin yaratdığı HƏP-in təqdim elədiyi nəsnələrlə heç bir əlaqəsi yoxdur. Yəni haqla, ədalətlə...

Nədən ki, partiya başqanı haqq-ədalət bilməyən biri kimi tanınıb həmişə. Haqq-ədalət işinin heş yerinə yapışdırmaq olmur adını. Onun haqq və ədaləti işin orasında olar ki, adam durar da milyonlarla varidatını necə əldə etdiyini etiraf edər. Gerçək “bəndə HƏP saklıydı” deyər. Romantik türk seriallarında olduğu kimi. Maddiyyat o yana dursun, mənəvi cinayətlərindən danışar. Məsələn, millətə Səyavuş Aslan boyda nəhəngi necə ələ saldığından, kabinetindən qovduğundan danışar. Xüsusi otlardan dəmlətdirdiyi çayı öz qabağına qoydurub, gör nə çay içirik, heç qəndimiz də yoxdu içinə salaq, ritorikasını o qədər varidatı mənimsədiyi halda necə deyə bilib.

Nə deyim vallah. Onsuz da son zamanlar “HƏP bənmi görəcəkdim bu zulumleri annem” nəqaratlı bir türk şarkısı dinləyirəm. Belə saxtalıqları, saxtaları, olmadıqları kimi görünənlərə, özlərində olmayanlardan danışanları, layiq olmadıqları yerlərdə otuzdurulanları görə-görə, dəmirləşdik, böyüdük, indidə üzü qocalığa gedirik. Öz aramızdır HƏ, yəni haqq-ədalət bunun nərəsində arkadaş?!...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR