İnsanlara hürriyət, millətlərə istiqlal!

İnsan kapitalı, sosial-siyasi islahatlar və yersiz “özgüvən”…

1547 28.02.2019 11:18 Yazarlar A A

Hakimiyyət islahatlar adıyla xalqı tovlayır…

Hakimiyyət dalana dirənib…

Milli Şuranın keçirmədiyi mitinqlər (yəni icazə verilməyən aksiyalar-red) də parlaq nəticə verir…

Biz “25 minlik” mitinq keçirib nələrə nail olduq, yüz minlik mitinqlərə başlasaq gör nələr olacaq…

““Mən getsəm nə dəyişəcək?!” söyləyən Azərbaycan vətəndaşı mitinqə gəl, gör nələr olur?” kimi siyasi çağırışlar…

Bu müxaifətin səsləndirdiyi ehtimallardır. Başqa sözlə yanvar mitiqindən sonrakı “qələbədir”…

Əslində nə baş verib?

Azərbaycanda 2018-ci ilin Prezident seçkisindən bu yana gözlənilən islahatlar sosial nəticələrini göstərir. Heç kim, heç kimin “xox” gəlişindən qorxmayıb.

Diqqət edək, seçki sonrası siyasi islahatlara start verildi. Prezident ilk olaraq siyasi komandasında islahatlara başladı.

Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirləri postları ilə vidalaşdı. Korrupsiya mənbələrindən biri kimi “ictimai nüfuz” qazanan Dövlət Gömrük Komitəsində ciddi islahatlar aparıldı. Komitəyə yeni rəhbər təyin edildi. Bir neçə fond və mərkəzlərin fəaliyyətinə xitam verildi. Baş nazir postundan uzaqlaşdırıldı. Xeyli dövlət qulluqçusu barədə cinayət işi başladıldı.

Birinci mərhələnin böyük uğuru kimi Gömrük və Vergi orqanlarında qeyri-şəffaflığa son qoyulmasını, şəhid ailələrinin müavinətinin ödənilməsini göstərmək olar. Bu üç göstərici sosial yönümlü siyasi uğur da sayıla bilər. İslahatların sosial mərhələsində isə…

-Prezident Şamaxıda baş verən təbii fəlakətdən, zəlzələdən əziyyət çəkənlərlə demək olar bir-bir görüşdü. İnsanların problemlərinin qısa zaman kəsiyində həll olunması barədə göstərişlər verdi. Evləri gəzdi, insanların sosial problemləri, regiondakı həyat tərzi ilə maraqlandı.

Yəni Prezident həmişəki kimi, aşağıda olanların, sıravi insanların yanına endi, özü, şəxsən, kimsənin iştirakı olmadan, birbaşa.

Daha sonra, Prezident Beyləqana, birinci vitse-prezident Gəncəyə yollandı. Hədəf və məqsəd eyni. İnsanların gündəlik həyatı, problemləri, təkliflərini şəxsən özümüz eşidək.

 

Buna qədərsə böyük narazılığa səbəb olan mövzulardan biri, şəhid ailələrini müavinətləri məsələləri birbaşa və yenə də Prezidentin özünün iştirakı ilə ən yüksək səviyyədə həllini tapdı.


Sosial islahatların davamı olaraq,

– Problemli kreditlərin həlli məsələsi yekunlaşmaq üzrədir. Yaxın gələcəkdə bu məsələ vətəndaşların xeyirinə həll ediləcək;

-Əməkhaqlarının, pensiyaların artırılması gündəlikdə duran əsas məsələlərdən biridir;

-Minimum əmək haqqı 180 manata qalxıb. Eyni zamanda minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlanır;

–Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən əlli faiz artırılacaq;

Prezidentin imzaladığı başqa bir fərman on minlərlə insanın mülkiyyət hüququnu təmin edəcək, əmlak bazarını aktivləşdirəcək. Mülkiyyət hüququnu rəsmiləşdirmiş mülkiyyət sahibləri onları rahat satmaq imkanı qazanacaqlar. Mülkiyyət sahibləri onu girov qoyub kredit götürmək imkanı əldə edəcəklər.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Beyləqan səfəri çərçivəsində rayondakı “N” saylı hərbi hissəsində oldu, əsgərlərlə görüşüb, onların ehtiyacları ilə maraqlandı.


Prezident həmçinin Bakıda Dənizkənarı Parkda sıravi vətəndaşlarla görüşdü, Sumqayıtda oldu.

Fevralın 25-də isə Prezident İlham Əliyevin yanında islahatların ikinci, sosial mərhələsinin müzakirəsi və ümumi iqtisadi-sosial məsələlərlə bağlı müşavirə keçirilib.

 


Yeri gəlmişkən, çox vacib bir detal. Başqa sözlə bu günki hakimiyyətin ən vacib uğuru haqda…

Bu gün cəmiyyətin müəyyən ehtiyacı, incikliyi, problemi olsa belə, şüurlu və intelekti olan təbəqəsi var. O təbəqədən olan vətəndaşlar dövlətinə, hakimiyyətə güvənir, etibar edir. Ona görə yox ki, hər şeydən məmnundurlar. Ona görə ki, həmin ziyalı təbəqə hakimiyyətə iddialı müxalifilərin bir çoxunu yaxından tanıyır, nəyə qadir olduqlarını bilir. Əmindir ki, güvəniləcək qüvvə deyillər. Hələlik çoxluq təşkil edən bu elektoratı daim əldə saxlamaq üçün yeganə yol işləmək, çalışmaq, ədalətin, mizan tərəzinin pozulmasının qarşısını almaqdır. İndiki situasiyada Prezident İlham Əliyev ötən ildən bəri verdiyi vədləri, islahat və sosial yeniliklər xəttini davam etdirməklə bu balansı qorumağı bacarır. Bunu fevralın 26-da Xocalı soyqırımının növbəti ildönümü münasibəti ilə keçirilən yürüşdə siyasi liderin ardıyca gələn insan “seli” də gösərdi. Bu siyasi dilə transfer ediləndə həm də insan kapitalıdır. Sürətlə xərclənə bilən, amma toplanması son dərəcə çətin olan insan kapitalı. Bu həm də hakimiyyətin və siyasi liderin var olub, fəaliyyət göstərməsi üçün ən vacib götəricidir.


Bu qədərindən sonra yenə də “hər şey yanvar mitinqi ilə başladı” deyiləcəksə, bu fikirdə olanları bir az boş vermək lazım. Çünki onlar sabah durub belə də deyə bilər: Biz mitinq etməsəydik, zəlzələ olmazdı. Biz mitinq etməsəydik və zəlzələ də olmasaydı Prezident Şamaxıya getməzdi…

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR