İnsanlara hürriyət, millətlərə istiqlal!
”Yeni Müsavat” qəzeti Yeni Müsavat Media Qrupuna aid print (çap) KİV-dir. Bu qəzetin ilk sayı 10 noyabr 1989-cu ildə dərc olunub. Qəzetin qurucusu indiki baş redaktor və Yeni Müsavat Media Qrupunun sahibi Rauf Arifoğludur. "Yeni Müsavat" qəzeti ilk illər (1989-1991) gizli fəaliyyət göstərib, kommunist Sovet rejiminə qarşı yaradılan Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı olub. 1991-ci illin dekabrında, Azərbaycan müstəqilliyini qazanandan iki ay sonra gizli fəaliyyətə son verib və dövlət qeydiyyatına alınıb. 

1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat Partiyasının başqanı İsa Qəmbər öz üzərinə götürüb. 16 il 8 aydan sonra - 2009-cu ilin noyabrında o, qəzetin 20 illik yubileyi münasibəti ilə təsisçiliyi Rauf Arifoğluna qaytarıb. Bütün formallıqlar həll edildikdən sonra, 26 noyabr 2009-cu ildən başlayaraq qəzet Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görməyə başlayıb.

Hazırda qəzetin 7000-dən yuxarı sayı işıq üzü görüb. 

“Yeni Müsavat”, Azərbaycana həftədə 7 dəfə çap rejimini gətirən yeganə qəzetdir. Yeni Müsavat media qrupuna aid olan KİV-lər bunlardır: www.musavat.comwww.minval.az (rus), http://minval.info/ ,  tr.minval.az (anadolu türkcəsi)

Dövriyyəsinə, tirajına və əhatəsinə görə Yeni Müsavat Media Qrupu Azərbaycanın əsas media təsisatlarındandır.

2001-ci ildən İnternetdə çıxan Musavat.com saytı isə ilk vaxtlar "Yeni Müsavat" qəzetinin elektron versiyası sayılırdı. İndi o, öz tirajına görə qəzeti dəfələrlə üstələyib və artıq müstəqil, online xəbər portalıdır. Həftənin bütün günlərdə 24 saat yayında olan yeganə online Azərbaycan portalıdır.