İnsanlara hürriyət, millətlərə istiqlal!

Müstəqilliyin AZ TV-si

2405 09.08.2019 22:15 Yazarlar A A

Azərbaycan Dövlət Televiziyası və Radiosu QSC-də gedən dəyişikliklərin yazmaq çoxdan düşündüyüm mövzudur. Ancaq yazdıqlarının bir də faktaloji təsdiqi ola gərək. Demək olar ki, artıq var və yazmağın, gerçək məqamıdır.

Təbii ki, bir də bu işlərin görülməsinə şərait yaradan dövləti xüsusi qeyd etmək lazım. Gəl o da var ki, dövlət həmişə şərait yaradıb. Baxır kim ondan nə qədər səmərəli istifadə edir.

Əslində AZ TV dəyişmir, özünə gəlir, bu günlə ayaqlaşmağa çalışır. Uzun müddət komaya düşmüş vəziyytdən yenidən həyat ritminin duyulması kimi bir şeydir bu təxminən.

Yeniliklər o qədər maraqlıdır ki, kimin nəyi, niyə və necə korladığı məsələsinə zaman “xərcləməyə” xəsislik edir adam. Əslində hamı hər şeyi bilir və bunun geniş şərhə artıq ehtiyacı yoxdur.

Doqquz il AZ TV-nin ən strateji və ağır redaksiyasında, İctimai-siyasi proqramlarda redaktor kimi fəaliyyət göstərən biri kimi deyə bilərəm, iş qrafiki qədər, iş prossesi də ağır idi.

Məsələn, biz AZ TV-də mikrafon ola-ola mikrafon, kamera ola-ola kamera, maşın ola-ola, maşın tapa, dövətin işini çəkməyə gedə bilmirdik. Detallara varmıram, amma hər şeyin haqqı, hesabı var idi. Bir də bir nəsil davası vardı. Köhnə gələnlər yeni gələn “uşaq-muşağa” nifrət eləyirdi. İndi hər şey fərqli görünür və gerşəkdən fərqli olduğu bəlli olur. Düzünə qalsa deməyin yeri var, indi müstəqilliyin ilk AZ TV-si qurulur. İnanmırsınız, baxaq?!..

AZTV-də müxalif mövqeyi ilə seçilən yazarlar, ekspert kimi dəvət alır…

AZTV-yə müstəqil mövqeli jurnalistlər, qonaq çağırılır…

AZTV dövlətin piar işinə fərqli yanaşır. Məsələn, dövlət başçısının jurnalistlərə mükafat olaraq təqdim etdiyi mənzillərdə, evlərdə, onların necə yaşayıb, dolandıqlarını efirindən göstərir. Grülən sosial, iqtisadi, siyasi yönülmlü işlərdən, qərarlarda oynaq reportajlar hazırlanır…

AZ TV işğalda olan ərazilərin lap yaxınlığında kamera-mikrafonlarını qurur, canlı xəbərlərə bağlanır…

AZ TV-nin gənc sədri “Həftə” Analitik Proqramında aparıcı olaraq efirə çıxır…

AZ TV-də çıxışı qadağan olunan ifaçıların, aparıcıların geridönüşü reallaşır…

AZ TV-də müstəqil müəllif filmləri efirə buraxılır…

AZ TV maraqlı şou proqram aparıcılarından çoxdanın Həsən Əliyevi daxil, daha bir neçə baxımlı müəllif verilişi hazırlayan simalar geri qaytarılıb, işə alınır.

AZ TV-yə Ramiz Həsənoğlu, Şərif Qurbanəliyevin dönüşü də möhtəşəmdir. Bu siyahını bir də xalq artisti Cahangir Novruzovun qayıdışı zənginləşdirir.

AZ TV-nin efirində uzun fasilədən sonra, illərdir qadağası olan, əvəzsiz sənətkarlar, məsələn, xalq artisti Akif İslamzadəni görmək xoşbəxtliyi yaşayır tamaşaçı.

…Və nəhayət, AZ TV-nin efirində hiss olunacaq səviyyədə, görülən işlərdə yol verilən qüsurlar, problemlər də gündəm olur. Yəni birmənalı olaraq, gündən-günə çiçəklənmək fikrində israr yükündən azad olur kanal.

…İlk addım varsa bəlkə bir gün, “Mozalan”da geri dönə. Biz də həm görək, həm gülək, həm də qüsurları düzəldək müstəqilliyin ilk AZ TV-sində…

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR