İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaş-məmur ittifaqı… - Jalə Mütəllimovanın yazısı

1987 09.02.2019 15:11 Yazarlar A A

Ölkədə vətəndaş-məmur-dövlət üçbucağında münasibətlərin sərinləməsi və ya gərginləşməsində, məmurun böyük məsuliyyət payı var.

Ancaq ölkə başçısının və birinci vitse-prezidentin vətəndaşlara sarı davamlı jesti, sıravi insanlarla ünsiyyəti, onların qayğıları ilə yaxından və həm də şəxsən tanış olmaları, bəzi hallarda rəsmi qərarların ləğvi buzları xeyli əridib.

İndi prosesə siyasi komanda üzvləri qoşulur. Dövlət Miqrasiya Xidmətinini rəisi Vüsal Hüseynovun sosial şəbəkə, FB üzərindən insanlarla canlı efir ünsiyyəti mənə görə bu qəbildən addımdır.

Miqrasiya xidmətinin fəaliyyəti, vətəndaşları maraqlandıran suallar, sərbəst geyim və sair. Bu sıravi azərbaycanlıların çoxdan görmək istədiyi, amma görmədiyi məmur obrazıdır.

Məmurları ölkədə yaranan problemlərdə tez-tez, həm də çox günahlandıran müəllif olaraq, bunu deməyi də lazım bilirəm. Mənfini deyirəm, həm də yaxşını görəndə göz yummağın tərəfdarı deyiləm. Bu mənada V.Hüseynova həm də vətəndaş olaraq “sağ olun!” deyirəm.

Ən gözəli jest, səs effekti barədə idi. Dövlət xidmətinin rəisi, nazir statusunda olan biri, gülümsəyərək soruşur ki, səsini eşidən var, ya yox?! Əslində ilk cavabın haradan, kim tərəfindən veriləcəyi, nə deyiləcəyi bəlli deyil. İndi xalq adından söyənlər çoxdur, nəinki sevənlər. Sual verilir, dərhal cavab alınır. Dövlətin yüksək çinlisi tanımadığı iki vətəndaşının adını çəkib, filankəs, fəhmənkəs “sağ olun!” deyir…

Vətəndaşlardan gələn suallar, ən primitiv dildə yazılsa belə, gülümsər üz, normal cavab. Azərbaycan vətəndaşının arzuladığı:

“Mən hər kiməm, alim fəhlə, lap elə bomjam, amma sənin vətəndaşınam cənab məmur. Səsim var bu dövlətin, hökumətin qurulmasında. Məni eşit, dinlə, gülümsə. Zəhimli, işıqsız, simalardan, kobud cavablardan yorulmuşam”…

Heç nə, sadəcə eşq olsun, başqa deyəcək yox. Orda ooxuyub gördüklərimdə sual qədər, təşəkkür, hətta xidmət rəisinə, qardaş, sən deyə xitab edənlər də vardı. Səmimi olur sadə insanlar, onlar böyük vədlər tələb etmir. Sadəcə sayğı umur…

O üzdən unutmayın, dövlət o zaman dövlət olur ki, təkcə biz vətəndaşlar yox, həm də siz məmurlar arxasındadır.

…Və yaranacaq vətəndaş-məmur müttəfiqliyi müstəqil Azərbaycan dövlətini fəlakətlərdən qoruyacaq….

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR