İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıt hadisələri + 20 Yanvar = Kaliforniyadakı aksiya...

1342 28.07.2020 12:25 Yazarlar A A

Bəlli qalmaqaldan sonra Osmanqızı TV-nin sahibi Sevinc Osmanqızı müdafiə videosu yayıb. Gün ərzində bir neçə dəfə dinlədim. Öz suallarımı və Sevincin etməməli olduqlarını, eyni zamanda dolayı ilə dediklərini diqqətinizə çatdırmağı lazım bildim.

ABŞ-da, Kaliforniyada konsulluq beş min erməniyə qarşı əlli azərbaycanlı çıxarıb. Saydakı bu dəqiq israrın səbəbi nədir? Kaliforniyada erməni çoxdur, bu sirr deyil. “Beş min nəfər gələcək” məlumatını dəqiqliklə haradan bildiniz?

Azərbaycan rəsmiləri və ABŞ-dakı azərbaycanlı səfirlə Kaliforniyadakı konsulun konflikti var. Təxminən işarə edir ki, iki diplomat arasındakı konfliktin nəticəsidir Kaliforniyadakı erməni-azərbaycanlı toqquşması. Ölkənin diplomatik korpusunu onsuz da şimal qonşularımız “silkələyir”, eyni prosesə Qərb də qoşulub?

Səfirin keçmiş MTN əməkdaşı olmasını məhz indi xatırlatmaqla məsuliyyəti kimə, hara yönəldirsiniz? Ölkə üçün islahat işinin başında duran iki qurumdan birinin indiki, yaxud keçmiş rəhbərinimi bəyənmir olduğunuz ölkə? Bir qədər də dəqiq ifadə edim, ya da ədalət üçün belə soruşum: bu formatda cümlənizin nə ifadə etdiyinin fərqindəsinizmi?

Bu məqama çox diqqət et, əziz oxucu, qəfildən Sumqayıt hadisələrinə keçid...

Düşünən olar ki, rus demiş “priçyom Sumqait?” Səbirli olun, izahı var. "Exo Sumqaita" filmi yada salınır və deyilir:

“Azərbaycanlılar bilmirdilər ki, etdikləri spontan addımlar deyil. Bütün bunlar haradasa düşünülüb. O adamlar eyforiya şəraitində idilər, ola bilsin, elə bilirdilər, qəhrəmanlıq edirlər. Vətən üçün nəsə edirlər, vətənpərvərlik aktları törədirlər, bilmirdilər ki, onlar bu təxribatın, bu diversiyanın piyadalarıdırlar”.

Adıçəkilən filmin müəllifinin fikrindən sitat gətirilir:

“Davud İmanovun filmində deyildiyi kimi, biz hələ bu ləkəni Sumqayıtın üstündən götürə bilmirik. Bu hadisələrdə adamları xəbərdar edən olmadı”.

Hansı adamları, azərbaycanlılarımı? Bəyəm orada azərbaycanlılar ermənimi öldürüb?

***

Biri bu qadına başa salsın ki, Sumqayıt cinayətini ermənilərin əli ilə Rusiya törətdi Azərbaycanı ləkələmək üçün. Hələ də ciddi araşdırılması mümkün olmayan məqamlar var. Hamının yaxşı xatırladığı hakim Mansur İbayev bütün təhlükələri gözə alıb, bu işi təkrar istintaqa qaytaran hakim kimi tarixə düşüb. Adamı hətta təhdid də ediblər ki, bu qərarı verməsin. Amma bu, dövlətçilik marağından təhlükəli olduğu qədər də vacib, cəsarətli addım idi. M.İbayev məhz o addımı atıb. Mümkünsə, "Qriqoryanın işi" ilə tanış olun, çox ayıbdır, lap çox. Adamların başını sığallaya-sığallaya boynuna dövləti cinayət qoymaq olmaz!

***

Daha bir məqam. Oradan keçid alınır 20 Yanvar hadisələrinə.

"Biz ancaq 20 Yanvarı xatırlayırıq, amma ona qədər hadisələr vardı. Ola bilsin, adamlar bir-iki erməni evinə getməklə elə bilirdi, vətənpərvərlik edir"...

STOP!

Bu nə millət, dövlət, xalq sevgisi?! Bu nə danışıq?! Bu nə biabırçılıq?! Kimi inandırmaq istəyirsən ədalətinə?! Bir sözlə, çox uğursuz “müdafiə” idi. Susmaq haqqı var adamın, icazə versəydilər, əminəm, bu haqqı istifadə edərdi.

***

...Sevinc Osmanqızının heç bir fikrini kontekstdən çıxarmadım. Efir həyəcanı, zorla gülümsəmək, yastıca danışmaq, nazla davranmaq.

Elə danışmaq ki, “obıvatel”, yəni səni sadəcə çox sevən adam analiz edə bilməsin. Bir də efirdən istifadə etdiyin ətirin iyi gəlsəydi, məsələ tamam olacaqdı. Yəni sevənlərin qarşısında naz öz işini sən deyən effəktlə tamamlayacaqdı. Burası tutmadı, deyək. Amma yaxşıca söz oynadıldı. Adamlar elə bildi, onlara sığal çəkirsən. Xalqını bu dəfə qışqırıb “əsəbiləşməklə” deyil, “sığallaya-sığallaya” rüsvay elədin.

Hamısını sona qədər izlədim gün ərzində. Yuxarıda suallarımı da təqdim etdim. İndi də gəldiyim qənaəti hər kəslə bölüşürəm. Mənə görə, istiqamətlər peşəkarcasına bəlirlənib, ardıcıllıq sistemləşdirilib.

Sevinc Osmanqızı,

-Sumqayıt olaylarında azərbaycanlıları günahkar çıxarmaq olmazdı!

-Kaliforniyadakı olayı Sumqayıt və ya 20 Yanvar hadisəsi ilə eyniləşdirmək olmazdı!

- “20 Yanvar olayının bünövrəsi 13 yanvarda qoyulmuşdu” demək olmazdı. Hələ "erməni evlərinə girilməsəydi" replikası heç yerində deyildi!

- Sumqayıt hadisələri + 20 Yanvar = Kaliforniyadakı aksiya formatını adamlara sırımaq olmaz! Yaxından-uzaqdan əlaqəsi olmayan şeylərdir. Eyniləşdirmək millətə, Azərbaycana qarşı cinayətdir!

-Xaricdə olanlara görə Azərbaycanın xüsusi xidmət orqanlarını günahlandırmaq birmənalı olmazdı!

***

Gələk hər kəsin istinad etdiyi, mənim etmədiyim keçən dəfəki çıxışdan hazırlanmış məlum videoçarxa...

O videomaterial qəzet yazısı formatının videoya köçürülməsi idi.

Necə? Bir səhifəlik yazı təsəvvür edin, televiziya dili ilə desək, montajlamaq, yəni yazının mahiyyətini izah edən çıxarışını hazırlanmaq üçün üç-beş vacib cümlə götürmək gərəkir içindən. Sənin məlum çıxışının mahiyyəti var idi o videoda. Sənin mövqeyini çılpaqlığı ilə təqdim etdilər ictimai rəyə. Qərb maraqlarına işləyən biznes planını başqa cür izah eləmək olmazdı sıravi adamlara?!

İndən belə ən gözəl variant bu mövzularda susmaqdır.

Bu arada diqqət edin, iki gündür, yolunda ağladıqlarınız sizə hay vermədi. Sadəcə Gültəkin Hacıbəyli ilə dəstəkləndiniz. Yolunda fədakarlıq etdiyiniz onlarca adam və Milli Şuranızdan səs-səmir çıxmadı. Niyə? Məncə, görünən dağ bələdçi istəməz...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR