İnsanlara hürriyət, millətlərə istiqlal!

...İnsanı, vətəndaşı və prezidenti olmaq...

Deyir, Azərbaycan Respublikası prezidentinin köməkçisi Əli Həsənovun “kübar olun, söyməyin” təklifinə qarşı yenə söyürlər okeanın o tayından. Təkcə bu deyil məsələ, sosial şəbəkələrdə inbokslara iyrənc simaları əks olunan axmaq video yazılarını da atmağa başlayıblar. Adamları narahat edirlər. Guya əks-təbliğat qurublar prezident seçkisi ilə bağlı. Niyə belə olmasının isə səbəbləri çoxdur:

- Piar işi zəifdir;
- Bir vacib simanı kabinetindən çıxarıb, aşağı endirə, bircə sosial çarxa çəkə bilmirlər ki, təbliğatın tərkib hissəsi olsun;
- Piarı təşkil edənlər aşırı, ifrat və sair müdafiə yolu tutub;
- Mənasız xof, qorxu var;
- Okeanın o tayından gələn səslərə tutarlı cavab vermirlər;
- Medianın durumu bərbaddır. Siyasi rəqiblərin bir-birini söyməyə televiziyası, qəzeti, saytı, media holdinqi var...

...Və bu halda hamımız söyülməyə məhkumuq. Jurnalist də, məmur da, ən yaxşı, ağıllı siyasətçi də.

...Bu arada, atam evindən, Zərdabdan, Bakıya dönürəm, real həyata yəni.

Avtobusa minmişəm, kimsə burnunu qurdalayıb oturacağa yaxib-İYRƏNCLİKDİR!..

Maşında hami yuxuludur, biri bağıra-bağıra, söyüşlə, həm də oturacağımın başına dirsəklənib telefonla danışır, ha sifətinə baxıram, anlamır- QANMAZLIQDIR!

Ədalətsiz məmurlar var- VİCDANSIZLIQDIR!

Yalan hesabatlar var- OĞURLUQDUR!

Haqq bilməyən hakimlər var- İNSAFSIZLIQDIR!

Üzə duran "şahidlər" var- DƏHŞƏTDİR!

Yaltaqlar var- ÜRƏK BULANDIRICIDIR!

Təmənnalılar var- QORXULUDUR!

Okeanın o tayında insanlarımız faciə yaşayır, ölkəsindən başqa hər yerə sadiqdirlər- AĞRILIDIR!

Gercək İNSANı, VƏTƏNDAŞı çətinlik çəkir bu ölkənin - GİZLİNDƏDİR!

Torpaqları işğaldadır - AĞLAMALIDIR!

Hamı bir-birini söyür- "GÜLMƏLİDİR!"

Bir də 11 apreldə seçki var, prezident seckisi. Ölkənin insanı, normal vətəndaşı olmaq belə çətindir, o ki qaldı prezidenti olasan. İlham Əliyevə səbr və uğur diləyirəm o üzdən.

Jalə Müəllimova

YAZARIN DİGƏR YAZILARI

13 May 2021

09 Noyabr 2020

27 Oktyabr 2020

19 Avqust 2020

28 Iyul 2020

26 Iyul 2020

13 Aprel 2020

24 Yanvar 2020

09 Dekabr 2019

25 Noyabr 2019

20 Noyabr 2019

08 Sentyabr 2019

09 Avqust 2019

19 Iyul 2019

18 Iyul 2019

17 Iyul 2019

06 Iyul 2019

11 Iyun 2019

17 May 2019

29 Aprel 2019

27 Aprel 2019

11 Aprel 2019

10 Aprel 2019

03 Aprel 2019

30 Mart 2019

28 Mart 2019

27 Mart 2019

28 Fevral 2019

09 Fevral 2019

07 Fevral 2019