İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusundan görünməmiş zərbə: Rusiya sərhədindən 2000 kilometr uzaqdakı zavod vuruldu

605 25.07.2026 12:23 Dünya A A

Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinin dərinliklərində yerləşən mühüm strateji obyektə qarşı gözlənilməz və miqyaslı əməliyyat həyata keçirib.

Musavat.com xəbər verir ki, Tümen vilayətinin qubernatoru Aleksandr Moor Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) düşməsi nəticəsində Tümen Neft Emalı Zavodunun ərazisində güclü yanğın başladığını bəyan edib.

Bölgə rəhbəri hadisə yerində dərhal fövqəladə hallar xidmətinin mütəxəssislərinin işə başladığını və vəziyyəti şəxsi nəzarətinə götürdüyünü bildirib.

Ekspertlərin xüsusi diqqət yetirdiyi məqam isə Ukrayna PUA-sının qət etdiyi məsafədir; belə ki, hücuma məruz qalan neft emalı zavodu ilə Ukrayna sərhədi arasındakı məsafə 2000 kilometrdən çoxdur.

Bu hücum müharibənin coğrafiyasının Rusiya daxilində nə dərəcədə genişləndiyini növbəti dəfə nümayiş etdirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR