İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər kəs Türkiyənin 22 yaşlı ən yaraşıqlı kişisindən DANIŞIR - VİDEO

853 25.07.2026 11:31 Şou-biznes A A

Türkiyənin ən nüfuzlu kişi gözəllik müsabiqələrindən sayılan “Mister Türkiye 2026”nın final gecəsi həyəcanla keçib.

Musavat.com xəbər verir ki, 30 iştirakçının mübarizə apardığı yarışmada birincilik tacını Doğukan Navdar qazanıb.

Qələbəsindən sonra sevincini bölüşən Navdar bildirib ki, qazandığı titul onun üçün təkcə uğur deyil, həm də böyük məsuliyyətdir:

“Bu titul mənim üçün sadəcə nailiyyət deyil, eyni zamanda böyük məsuliyyətdir. Mənə inanan və dəstək olan ailəmə, dostlarıma təşəkkür edirəm”.

Gənc modelin yaxın zamanda keçiriləcək milli və beynəlxalq müsabiqələrdə Türkiyəni təmsil edəcəyi gözlənilir.

Doğukan Navdar 2004-cü ildə Rizenin Ardeşen rayonunda anadan olub. Başkənd Universitetinin Kommunikasiya Fakültəsinin Radio, Televiziya və Kino ixtisası üzrə təhsil alır. Navdar 2023-cü ildə keçirilən “Kino kralı və kraliçası” müsabiqəsində kişilər arasında birinci yerə layiq görülüb. O, peşəkar modellik fəaliyyəti ilə məşğuldur və müxtəlif model agentlikləri ilə əməkdaşlıq edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR