Əməkdar artist Kübra Əliyeva sovet dövründə avtomobil idarə edən ilk azərbaycanlı qadınlardan biri olduğunu açıqlayıb.
Musavat.com bildirir ki, sənətkar bu barədə "Xəzər axşamı" verilişində danışıb:
"Sovet dövründə avtomobil idarə edən qadınlar arasında dördüncü mən idim. Birinci Əminə xanım, ikinci Flora xanım, üçüncü isə İlhamə Quliyeva idi. İlhamə xanım əvvəl qırmızı rəngli "VAZ-2105" ("05") almışdı, sonradan isə avtomobilini dəyişdi. O vaxtlar əksəriyyət "VAZ-2101" ("01") sürürdü. Dördüncü mən, beşinci isə müğənni Reyhan Müslümova idi".
Xalidə,
Musavat.com






