İlin sonunadək Cəbrayılın Soltanlı kəndinə ilk sakinlərin köçü planlaşdırılır.
Bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonunda Bərpa, Tikinti və idarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov deyib.
O qeyd edib ki, kəndin tikintisinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub.
Sakinlərin mərhələli şəkildə köçürülməsi planlaşdırılır.
N. Cəfərov bildirib ki, hazırda kənddə ümumilikdə yaşayış evləri üzrə işlərin təxminən 50 %-i, sosial obyektlər üzrə ümumi icra səviyyəsi təxminən 30 % təşkil edir./Report






