İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! 2 ölkə DƏHŞƏT yaşayır – TƏCİLİ YARDIM istəyirlər - VİDEO

1693 25.07.2026 11:59 Dünya A A

Fransa və İspaniya genişmiqyaslı meşə yanğınları ilə mübarizə aparır. Hər iki ölkədə ümumilikdə 130 min nəfərin təxliyəsi barədə göstəriş verilib.

Musavat.com bildirir ki, Fransanın cənub-qərbində sürətlə yayılan yanğınlar yaşayış məntəqələri və düşərgə əraziləri üçün ciddi təhlükə yaradıb.

Fransa rəsmiləri Atlantik okeanı sahilində yerləşən məşhur turizm mərkəzi olan Kap-Ferre yarımadasının tamamilə boşaldılması barədə göstəriş veriblər. Bölgədə olan, əksəriyyəti turist olmaqla təxminən 110 min nəfər avtomobil yolları və xüsusi ayrılmış qayıqlar vasitəsilə təhlükəsiz ərazilərə köçürülür.

Yanğınla mübarizəyə dəstək məqsədilə Fransa prezidenti Emmanuel Makron ordunun bölgəyə göndərilməsi barədə göstəriş verib.

Məlumata görə, Fransa ərazisində bu mövsüm 14 min hektardan çox meşə sahəsi yanaraq külə çevrilib.

İspaniyada isə Madridin qərbindəki dağlıq ərazilərdə alov hələ də nəzarət altına alına bilmir. İki mindən çox yanğınsöndürən və 10 xüsusi təyyarənin iştirakına baxmayaraq, Madrid ətrafındakı iki böyük yanğının birləşməsinin qarşısını almaq mümkün olmayıb. Avila bölgəsində davam edən üçüncü yanğının da həmin əraziyə çatmaq üzrə olduğu açıqlanıb.

Madridin qərbində yerləşən yaşayış məntəqələrində 19 mindən çox sakinin təxliyəsi barədə göstəriş verilib.

İspaniya hökuməti ölkə tarixində ilk dəfə meşə yanğını səbəbindən fövqəladə vəziyyət elan edib.

Digər tərəfdən, qadağan olunmuş ərazidə ağır texnika ilə işləyərək yanğına səbəb olmaqda şübhəli bilinən bir nəfər saxlanılıb, daha bir nəfər barəsində isə istintaq başladılıb.

Həddindən artıq isti hava yalnız meşələrə deyil, Fransanın enerji infrastrukturuna da mənfi təsir göstərir. Atom elektrik stansiyalarının reaktorlarının soyudulması üçün istifadə olunan çay sularının temperaturunun yüksəlməsi elektrik enerjisi istehsalının məhdudlaşdırılmasına səbəb olub. Bu çərçivədə Fransanın cənubunda yerləşən Qolfeş-2 nüvə reaktorunun iyulun 7-dən etibarən fəaliyyətini dayandırdığı bildirilir.

Qeyd edək ki, alovla təkbaşına mübarizə aparmaqda çətinlik çəkən hər iki ölkə Avropa İttifaqından təcili yardım istəyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR