İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da sanksiya gərginliyi: Trampa görə Rusiya əleyhinə qanun layihəsi təhlükə altındadır

353 25.07.2026 11:17 Dünya A A

ABŞ Konqresində Rusiya əleyhinə hazırlanan yeni sanksiyalar paketi ətrafında ciddi siyasi fikir ayrılığı yaranıb.

Musavat.com xəbər verir ki, "The New York Times" (NYT) qəzetinin yaydığı məlumata görə, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi respublikaçılar və demokratlar arasındakı mübahisələr səbəbindən iflas təhlükəsi ilə üz-üzə qalıb.

Tərəflər arasında əsas münaqişə mövzusu ABŞ Prezidenti Donald Trampın səlahiyyətlərinin genişləndirilməsi məsələsidir. Demokratlar layihədə dövlət başçısına daha geniş səlahiyyətlərin verilməsinə qarşı çıxır, respublikaçılar isə bu addımı dəstəkləyirlər.

Konqresdəki bu daxili gərginlik Rusiyaya qarşı növbəti iqtisadi və siyasi təzyiq mexanizmlərinin qəbulunu qeyri-müəyyən müddətə ləngidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR