İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa meşə yanğınları qarşısında aciz qaldı

421 25.07.2026 11:53 Dünya A A

Fransa Prezidenti Emmanuel Makron Orduya ölkədə baş verən kütləvi meşə yanğınları səbəbindən xilasedicilərə kömək etməyi tapşırıb.

Musavat.com xəbər verir ki, məlumatı France 24 yayıb. Bildirilir ki, Paris eyni zamanda yanğınlarla mübarizədə əlavə təyyarələr almaq üçün Avropa Birliyinin mülki müdafiə mexanizmini işə salıb. Fransa hakimiyyət orqanlarının məlumatına görə, Xorvatiyadan iki ixtisaslaşmış yanğınsöndürmə təyyarəsi, Portuqaliyadan iki Air Tractor təyyarəsi və Çexiya və Slovakiyadan ağır helikopterlərin Fransaya gəlməsi planlaşdırılır. Fransa hakimiyyəti Atlantik sahilindəki Kap-Ferret yarımadasını tamamilə boşaldıb, insanları həm maşınlar, həm də qayıqlarla təxliyə edib.

Məlumatlara görə, yanğınlar səbəbindən Fransada 110.000 insan, o cümlədən çoxlu turist təhlükəli əraziləri tərk etmək məcburiyyətində qalıb. Xüsusilə Biskarross yaxınlığında uşaq düşərgəsində olanlar və qocalar evinin sakinləri də daxil olmaqla 23 mindən çox insan təxliyə edilib. Son məlumatlara görə, yanğın 14 min hektardan çox meşə sahəsini və 100-dən çox evi məhv edib.

Regional hökumət sözçüsü bildirib ki, "misli görünməmiş" meşə yanğını Bordoya yaxınlaşır. Regional prefekt Sofi Brokas daha bir neçə min insanın təxliyə olunmalı ola biləcəyi ehtimalını istisna etməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR