İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda oliqarx ovu: Həbsdə olan Qaqik Çarukyana qarşı daha bir ağır cinayət işi açıldı!

342 25.07.2026 12:58 Dünya A A

Ermənistanın ən zəngin və nüfuzlu oliqarxlarından olan, "Çiçəklənən Ermənistan"  partiyasının lideri Qaqik Çarukyana qarşı dövlət orqanlarının basqısı daha da şiddətlənib.

Musavat.com xəbər verir ki, Ermənistan İstintaq Komitəsi tanınmış biznesmen və siyasətçiyə qarşı xüsusilə külli miqdarda vergidən yayınma maddəsi ilə yeni bir cinayət işinin açıldığını elan edib. Bu hadisədən az öncə isə Çarukyana məxsus olan məşhur "Ararat" konyak-şərab-araq kombinatının direktoru Arman Davtyan da analoji ittihamla həbs edilib.

Qeyd edək ki, iyulun 6-dan bəri həbsdə saxlanılan Qaqik Çarukyan özü də xüsusilə külli miqdarda dələduzluq və çirkli pulların yuyulmasını təşkil etməkdə ittiham olunur. Ermənistan hakimiyyəti oliqarxın imperiyasını tamamilə çökdürmək niyyətindədir; belə ki, iyulun 16-da biznesmenə məxsus olan "Araratsement" şirkəti rəsmən dövlətin idarəçiliyinə verilib. Bundan əlavə, prokurorluq məhkəmə vasitəsilə Çarukyanın 75 daşınmaz əmlak obyektini, 10 strukturun bazar dəyərini və 42 lüks nəqliyyat vasitəsini müsadirə edərək dövlət nəfinə keçirilməsini tələb edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR