İnsanlara hürriyət, millətlərə istiqlal!

21 yaşlı Arda Gülərlə bağlı ŞOK XƏYANƏT İDDİASI yayıldı – SON DƏQİQƏ

505 25.07.2026 11:07 İdman A A

İspaniyanın “Real Madrid” klubunda çıxış edən Türkiyə millisinin ulduzu Arda Gülər haqqında Fransa mətbuatında diqqətçəkən iddialar irəli sürülüb.

Musavat.com Türkiyə mətbuatına istinadla bildirir ki, məlumata görə, ötən mövsüm gənc futbolçunun əsas heyətdə müntəzəm yer alması bəzi komanda yoldaşlarının narazılığına səbəb olub və onlar Ardanı komandada arxa plana keçirmək üçün soyunub-geyinmə otağında qruplaşma yaradıblar.

Fransalı jurnalist Romen Molina iştirak etdiyi verilişdə bildirib ki, həmin dövrdə komandanın baş məşqçisi olan Xabi Alonso Arda Gülərə böyük etimad göstərir və onu davamlı şəkildə start heyətində meydana buraxırdı. Molina iddia edib ki, bu qərar bəzi ulduz futbolçuların narazılığına səbəb olmuşdu.

Romen Molina bildirib:

“Əsas problem Arda Gülər idi. Xabi Alonso onu çox istəyirdi və birbaşa ilk 11-likdə oynadırdı. Bəzi futbolçular Ardanın komandadan kənarda qalmasını istəyirdi”.

Veriliş zamanı aparıcı ilə Molina arasında belə bir dialoq baş tutub:

Aparıcı: Xabi Alonsonun əleyhinə olan futbolçular kimlər idi?

Romen Molina: Federiko Valverde, Cud Bellinqem, Vinisius Junior, Rodriqo və Endrik.

Aparıcı: Bunun səbəbi nə idi?

Molina: Əsas səbəb Arda Gülər idi. Xabi Alonso ona güvənirdi və dərhal əsas heyətə daxil edirdi.

Jurnalist Ardanın meydandan kənardakı təvazökar davranışını və Türkiyə millisində göstərdiyi uğurlu performansı da xüsusi vurğulayıb:

“Arda çox sakit və təvazökar futbolçudur. Onun haqqında meydandan kənarda demək olar ki, heç nə eşitmirsiniz. O, Dünya Kubokunda Türkiyə millisinin ən parlaq simalarından biri idi və məhz bu performansı bəzi futbolçuları narahat edirdi”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR