İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da dəhşətli "partlayış" epidemiyası: Qəzəblənən Tramp iki qonşu ölkəni birdən cəzalandırır

322 25.07.2026 12:28 Dünya A A

ABŞ-da yayılan kütləvi yoluxma halı iki qonşu dövlət arasında yeni ticarət müharibəsi təhlükəsi yaradıb.

Musavat.com xəbər verir ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi (CDC) ölkədə qeydə alınan "partlayış xarakterli" kəskin bağırsaq infeksiyasının Meksikadan idxal edilən yoluxmuş aysberq salatından qaynaqlandığını elan edib.

Jurnalistlərlə görüşü zamanı bu mövzuya toxunan ABŞ Prezidenti Donald Tramp məsələyə sərt reaksiya verib və bu infeksiya səbəbindən Meksikaya qarşı böyük gömrük rüsumları tətbiq edəcəklərini bəyan edib.

Amerika lideri eyni zamanda Kanadadan gələn tüstü dumanına görə bu ölkəni də rüsumlarla hədələyib.

Son məlumatlara görə, ABŞ-da kəskin ishal və bağırsaq infeksiyasının yayıldığı yoluxma zonası artıq ölkənin doqquz ştatını əhatə edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR