İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: "Çin və Rusiya İrana silah tədarük etməyəcək"

294 25.07.2026 00:03 Dünya A A

ABŞ Prezidenti Donald Tramp Pekin və Moskva rəhbərliyinin İrana silah satışı ilə bağlı mövqeyinə dair mühüm bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, Ağ Ev rəhbəri Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə olan təmaslara istinad edərək hər iki ölkənin İrana silah tədarük etməyəcəyini bildirib.

"Si Cinpinə inanıram, Putin də bəyan edib"

Tramp Çin lideri ilə aparılan müzakirələri xüsusi qeyd edərək bu sözləri vurğulayıb: "Si Cinpin mənə bildirdi ki, Çin, o cümlədən Çin şirkətləri heç bir halda İrana silah tədarük etməyəcək. Mən ona inanıram. Putin də bəyan edib ki, Rusiya İrana silah satmayacaq". 

ABŞ Prezidenti Çin və ya Rusiyanın bu vədə əməl etməyəcəyi təqdirdə ciddi fəsadlarla üzləşəcəyini xəbərdar edib. Tramp vurğulayıb ki, əgər Çin və ya Rusiya İrana silah tədarük edərsə, bu, həmin ölkələr üçün çox pis nəticələnəcək.

Ağ Ev rəhbərinin sözlərinə görə, belə bir addımın atılması nə Pekinin, nə də Moskvanın öz strateji maraqlarına cavab verir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR