İnsanlara hürriyət, millətlərə istiqlal!

Haluk Leventi qardaşı da satdı

402 24.07.2026 18:44 Şou-biznes A A

Şile bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində həbs olunan müğənni Haluk Leventin qardaşı Berkant Acilin polis ifadəsi üzə çıxıb.

Musavat.com xəbər verir ki, Acil ifadəsində 35-ci Şile Mədəniyyət və İncəsənət Festivalının təşkilində yalnız sənətçilərin koordinasiyası ilə məşğul olduqlarını, ödəniş prosesində iştirak etmədiklərini bildirib.

O qeyd edib ki, hesabatda göstərilən maliyyə fərqinin "Sur Müzik" şirkətinin sənətçilərə nağd şəkildə etdiyi ödənişlərdən qaynaqlandığını iddia edib.

Berkant Acil deyib ki, qardaşı Haluk Levent 1,5 milyon dolların bir gün şirkət hesabında saxlanılmasını, daha sonra isə Yeliz Kayanın hesabına köçürülməsini istəyib və o da bu göstərişi yerinə yetirib. Acil pulun sonrakı taleyi barədə məlumatı olmadığını vurğulayıb.

Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR