İnsanlara hürriyət, millətlərə istiqlal!

Maskın “praqmatik” maskası: “Ukrayna Rusiyaya güzəştə getməlidir”

267 24.07.2026 19:17 Dünya A A

“Ukraynadakı münaqişə Rusiyaya güzəşt etmədən bitməyəcək”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, amerikalı sahibkar İlon Mask bu fikri “The Economist” jurnalına verdiyi müsahibədə bildirib.

"Rusiyanın qoşunlarını tamamilə geri çəkməsi və sair barədə çoxlu əsassız nikbinlik var, amma bu, real deyil. Düşünürəm ki, biz praqmatik olmalıyıq. İnsanlar cəbhədə ölərkən dəbdəbəli yerlərdə yeddi xörəkli şam yeməyi yeyən və Rusiyanın qoşunlarını necə geri çəkməli olduğu barədə danışan bu təcrübəli diplomatlardan çox əsəbiləşirəm. Amma o, qoşunlarını geri çəkməyəcək. Rusiya geri çəkilməyəcək", - deyə sahibkar iddia edib.

İ.Mask uzun müddətdir sülh tərəfdarı olduğunu xatırladıb. "Bir neçə il əvvəl mən Rusiyaya güzəştə getməyimiz lazım olduğunu deyən bir yazı dərc etmişdim. Ona görə yox ki, Rusiyapərəstəm, mən sadəcə praqmatikəm. Əks halda, insanlar illərlə öləcək və heç nə əldə olunmayacaq. Məhz belə oldu", - Mask deyib.

"Ukrayna bu əraziləri geri almayacaq; bu, baş verməyəcək", - deyə o əlavə etdi.

Xatırladaq ki, İ.Mask özü də etiraf etdiyi kimi, illərdir Rusiyanın mövqeyindən çıxış edir. O, “Rusiyapərəst” olmadığını desə də, onu tanıyanların hamısı bilir ki, Mask məhz Kremlin, Putinin tərəfini tutur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR