Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra verdiyi müsahibədə ölkəsinin prinsipial mövqeyindən geri çəkilməyəcəyini bəyan edib.
Nazirin sözlərinə görə, İran xalqının mənafelərinin, eləcə də Hörmüz boğazı və Fars körfəzi regionunda ölkənin hüquqlarının qorunması Tehranın əsas prioritetidir.
Əraqçı bildirib ki, İran xalqının haqlı tələbləri yerinə yetirilməyincə Tehran öz siyasətini davam etdirəcək və bu yolda heç bir təhdid qarşısında geri addım atmayacaq.
XİN başçısı vurğulayıb ki, silahlı qüvvələr döyüş meydanında, diplomatlar isə beynəlxalq müstəvidə üzərlərinə düşən vəzifələri yerinə yetirirlər və bu iki istiqamət bir-birini tamamlayır.
Onun sözlərinə görə, son münaqişə dövründə meydanla diplomatiya arasında tam koordinasiya təmin olunub və bu prosesə İran cəmiyyəti ilə media da dəstək verib.
Musavat.com






