İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və Misir XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

308 24.07.2026 22:49 Dünya A A

Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı ilə Misirin xarici işlər naziri Bədr Əbdül Ati arasında telefon danışığı baş tutub.

Nazirlər söhbət zamanı Yaxın Şərqdə baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər xüsusilə İran ilə ABŞ arasında artan gərginliyi, eləcə də regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması yollarını müzakirə ediblər.

Telefon danışığında Yaxın Şərqdə gərginliyin azaldılması və regional təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində diplomatik səylərin əhəmiyyəti də vurğulanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR