İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya kəşfiyyatından gizlənə bilmədi – Rus casusun izi üzə çıxdı

397 24.07.2026 21:56 Dünya A A

Yaponiyada Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (GRU) əməkdaşı ilə bağlı qalmaqal gündəmə gəlib.

Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Məlumata görə, Tokioda "Aeroflot" nümayəndəliyinə rəhbərlik etmiş Maksim Filçenkov Yaponiya xüsusi xidmət orqanlarının diqqət mərkəzinə düşdükdən sonra ölkəni tərk edib.

Nəşrin yazdığına görə, Filçenkovun Rusiya Baş Kəşfiyyat İdarəsinin (GRU) əməkdaşı olduğu ehtimal edilir. Mənbələr bildirirlər ki, o, sanksiyalardan yan keçməklə Rusiya müdafiə sənayesi üçün yüksək texnologiyalı avadanlıq və dəzgahların alınmasını koordinasiya edib.

İddialara əsasən, bu texnika əvvəlcə üçüncü ölkələrə göndərilir, daha sonra isə Rusiyaya çatdırılırdı.

Məlumata görə, araşdırmaya Ukrayna da töhfə verib. Kiyev daha əvvəl Tokioya Yaponiya istehsalı olan komponentlərin Rusiya raketləri və pilotsuz uçuş aparatlarında aşkar edilməsi ilə bağlı məlumatlar təqdim edib.

Bundan sonra Yaponiya hakimiyyəti sanksiyalardan yayınma kanallarına nəzarəti gücləndirib və qısa müddət sonra Filçenkov ölkəni tərk edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR