İnsanlara hürriyət, millətlərə istiqlal!

Kənan Seyidovun yeni GÖRÜNTÜLƏRİ - VİDEO

500 24.07.2026 20:39 Ölkə A A

Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kənan Seyidov Vətən müharibəsi şəhidi Ülvi Habil oğlu Cəfərovun ailəsini ziyarət edib.

General-leytenant Kənan Seyidov şəhidin valideynləri ilə səmimi söhbət aparıb, onların qayğıları ilə maraqlanıb.

Görüş zamanı şəhid Ülvi Cəfərovun Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıq ehtiramla yad edilib, onun əziz xatirəsinin hər zaman uca tutulacağı vurğulanıb.

Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunda şəhid ailələrinə göstərilən diqqət və ehtiram dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri olaraq davam etdirilir.//Bakıvaxtı.az

Sözügedən görüntüləri təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR