Ermənistanda müxalif "Güclü Ermənistan" Partiyasının iki təmsilçisi barəsində seçilmiş məhdudiyyət tədbirləri məhkəmə qərarı ilə dəyişdirilib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. "Güclü Ermənistan" Partiyasından deputatlığa namizəd David Kazinyan barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, "Elektrik Şəbəkələri"nin sabiq rəhbəri olan Kazinyana qarşı cinayət işi hələ iyunun 5-də seçiciləri ələ almağa cəhd ittihamı ilə başlanmışdı.
Bundan başqa, müxalif "Güclü Ermənistan" Partiyasının parlamentə seçilmiş daha bir deputatı Ayk Sukiasyan da məhkəmənin qərarı ilə ev dustaqlığından azad edilib. Onu məhkəmə binası qarşısında tərəfdarları alqışlarla qarşılayıblar.
Musavat.com






