İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kızılcık şerbeti”ndən qovulan 30 yaşlı “Fatih” TANINMAZ HALDA – FOTO

322 25.07.2026 10:48 Şou-biznes A A

“Kızılcık şerbeti” serialında “Fatih” obrazını canlandırmış məşhur aktyor Doğukan Güngör imic dəyişikliyi ilə gündəmə gəlib.

Musavat.com Türkiyə mətbuatına istinadla bildirir ki, hərbi xidmətini başa vuran aktyor yeni görünüşünü sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Saç düzümü və saqqal tərzində etdiyi dəyişiklik sayəsində tamamilə fərqli obrazda kamera qarşısına keçən Güngörün yeni imici qısa zamanda böyük maraq doğurub.

kizilcik-serbetinin-fatihinden-52931408-6160_1_m.jpg (196 KB)

Bununla yanaşı, 30 yaşlı aktyorun hərbi xidmət dövründə yaşadığı fiziki dəyişiklik də diqqət mərkəzinə çevrilib. Məlumata görə, Doğukan Güngör cəmi 24 günlük hərbi xidmət müddətində 9 kiloqram çəki atıb. Fit görünüşü ilə diqqət çəkən aktyorun son fotoları pərəstişkarları tərəfindən yüksək qiymətləndirilib.

kizilcik-serbetinin-fatihinden-27715922-7233_1_m.jpg (155 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR