26 iyul 2026-cı ildən etibarən retroqrad Saturnun təsiri altında beş bürcün nümayəndələri üçün sınaq dövrünün başlayacağı bildirilir. Nizam-intizam, məsuliyyət və intizamla əlaqələndirilən bu planetin insanları mühüm nəticələr çıxarmağa və bəzi qərarlarını yenidən nəzərdən keçirməyə sövq edəcəyi iddia olunur.
Bu barədə astroloq Helena Hatorun proqnozuna istinadən məlumat yayıb.
Astroloqun sözlərinə görə, bu mərhələ dekabrın 10-dək davam edəcək və insanların yol verdikləri səhvləri, məsuliyyətsizlik göstərdikləri sahələri, eləcə də həyatlarında hansı dəyişikliklərin zəruri olduğunu daha aydın görmələrinə kömək edəcək. Bu müddətdə məqsədlərə ciddi yanaşmaq, intizamlı olmaq və vacib qərarları təxirə salmamaq tövsiyə edilir.
Xərçəng
Retroqrad Saturnun Xərçəng bürcü nümayəndələrinin peşəkar fəaliyyəti və karyerası ilə bağlı müəyyən sınaqlar yaradacağı iddia edilir. Onların həyat yollarına nə dərəcədə nəzarət etdiklərini və başqalarının qərarlarına təsir göstərməsinə imkan verib-vermədiklərini dəyərləndirmələri tövsiyə olunur.
Helena Hator bildirir ki, yaxın dörd ay ərzində Xərçəng bürcü nümayəndələri kiminsə öz səlahiyyətindən və nüfuzundan onların əleyhinə istifadə etdiyini anlaya bilərlər. Onun fikrincə, bu həqiqətlər xoşagəlməz olsa da, dəyişiklik vaxtının çatdığını göstərə bilər.
Bu dövrdə iş yerini dəyişmək, yeni peşəyə yönəlmək və ya şəxsi biznesə başlamaq istəyi yarana bilər. Məqsədin karyera və maliyyə gələcəyinə nəzarəti yenidən ələ almaq olduğu bildirilir.
Qoç
Astroloqun proqnozuna görə, retroqrad Saturn Qoç bürcü üçün özünü yenidən qiymətləndirmə dövrü olacaq. Planetin onları intizam, gündəlik vərdişlər və inkişaflarına mane olan davranışlara diqqət yetirməyə sövq edəcəyi qeyd olunur.
Helena Hatorun sözlərinə görə, Qoç bürcü nümayəndələri hansı sahələrdə daha təşkilatlı olmalı olduqlarını və hansı davranış modellərini dəyişmələrinin vacibliyini anlayacaqlar. Astroloq hesab edir ki, Saturnun məhz Qoç bürcündə olması onun təsirini daha güclü hiss etdirəcək.
Bildirilir ki, bu bürcün nümayəndələri həddindən artıq işlədiklərini, şəxsi ehtiyaclarını ikinci plana keçirdiklərini və ya tələsik qərarlar verdiklərini dərk edə bilərlər. Bu dövrün prioritetləri yenidən müəyyənləşdirmək üçün imkan yaradacağı qeyd olunur.
Tərəzi
Proqnoza əsasən, retroqrad Saturn Tərəzi bürcü nümayəndələrini şəxsi sərhədlərinə yenidən baxmağa sövq edəcək. Onlar başqalarının həyatlarına nə qədər təsir göstərdiklərini və bəzi münasibətlərin yenidən qiymətləndirilməsinə ehtiyac olduğunu anlaya bilərlər.
Helena Hator hesab edir ki, bu mərhələ Tərəzilərin ətrafdakılarla münasibətlərdə qəbul etdikləri standartları daha dərindən təhlil etmələri üçün əlverişli zamandır. Onlar kimlərin vaxtlarına və enerjilərinə hörmət etdiyini, kimlərin isə onların xeyirxahlığından istifadə etdiyini daha aydın görə bilərlər.
Astroloqun fikrincə, bəzi münasibətlər daha da möhkəmlənəcək, qarşılıqlı hörmət olmayan əlaqələr isə sona çata bilər. Əsas dərsin şəxsi sərhədləri aydın müəyyənləşdirmək olduğu vurğulanır.
Oğlaq
Retroqrad Saturnun Oğlaq bürcü nümayəndələrinin liderlik keyfiyyətlərini və şəxsi həyatlarında məsuliyyət daşımaq bacarığını sınağa çəkəcəyi iddia olunur.
Helena Hatorun sözlərinə görə, Oğlaqlar ailədə təşəbbüskar rolu üzərlərinə götürməli və hamının xeyrinə işləyəcək yeni qaydalar formalaşdırmalıdırlar. Astroloq hesab edir ki, onlar hansı sahələrdə dəyişikliklərə ehtiyac olduğunu görəcək və problemləri mərhələli şəkildə aradan qaldıracaqlar.
Bu dövrdə səbirli olmaq, qərarları tələsmədən qəbul etmək və vəziyyəti diqqətlə qiymətləndirmək tövsiyə edilir.
Dolça
Astroloqun proqnozuna görə, iyulun 26-dan başlayaraq retroqrad Saturn Dolça bürcü nümayəndələrini həyat tempini azaltmağa və vacib sahələri yenidən nəzərdən keçirməyə sövq edəcək.
Helena Hator bildirir ki, Dolçalar ünsiyyət tərzini, razılaşmaları, əməkdaşlıqları və tərəfdaşlıq münasibətlərini gözdən keçirməli, eyni zamanda münasibətlərdə daha aydın sərhədlər müəyyən etməlidirlər.
Onun fikrincə, bu mərhələ asan olmasa da, əsas məqsəd həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Retroqrad Saturnun Dolçalara enerjilərini hansı istiqamətə yönəltməli olduqlarını anlamağa və uzun müddətdir hazır olduqları dəyişikliklərə uyğunlaşmağa kömək edəcəyi bildirilir.//Demokrat.az






