İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ

609 25.07.2026 13:51 Səhiyyə A A

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən 866 milyon insan, yəni hər 9 nəfərdən 1-i qida zəhərlənməsi ilə qarşılaşır. Bu səbəbdən hər il təxminən 1 milyon 520 min nəfər həyatını itirir. Qida zəhərlənməsindən ən çox zərər görən qrup isə 5 yaşdan kiçik uşaqlardır.

Yay aylarında havanın temperaturunun yüksəlməsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Qidaların düzgün saxlanılmaması, çirkli su və buzdan istifadə isə yoluxma riskini daha da artırır.

Musavat.com Türkiyə mətbuatına istinadla qida zəhərlənməsindən qorunmaq üçün 12 vacib qaydanı təqdim edir.

1. Əllərinizi ən azı 20 saniyə yuyun

Yemək hazırlamazdan əvvəl, xüsusilə çiy ət və ya toyuq əti ilə təmasdan sonra, həmçinin tualetdən istifadə etdikdən sonra əllərinizi ən azı 20 saniyə sabun və su ilə yuyun.

2. Çiy və bişmiş qidaları bir-birindən ayrı saxlayın

Mikroblar bir qidadan digərinə asanlıqla keçə bilir. Bu hal çarpaz çirklənmə adlanır və ev şəraitində baş verən qida zəhərlənmələrinin ən geniş yayılmış səbəblərindəndir. Çiy ət, toyuq və balıq məhsulları üçün ayrıca kəsmə taxtası və bıçaq istifadə edin.

3. Qidaları tam və düzgün bişirin

Qidaların təhlükəsiz temperaturda bişirilməsi zərərli mikroorqanizmləri məhv edir. Əksinə, yarımçıq bişmiş yeməklər bakteriyaların sağ qalmasına səbəb olur. Xüsusilə toyuq əti və qiymənin iç hissəsinin tam bişdiyinə əmin olun.

4. Bişmiş yeməkləri otaq temperaturunda saxlamayın

Yay aylarında bakteriyalar sürətlə çoxalır. Bişmiş yeməkləri 2 saatdan artıq otaq temperaturunda saxlamayın.

5. Soyuq zənciri qoruyun

Ət, süd məhsulları və dəniz məhsulları kimi tez xarab olan ərzaqları alış-verişdən sonra mümkün qədər tez soyuducuya qoyun.

6. Meyvə və tərəvəzləri yaxşı yuyun

Torpaq, suvarma suyu və daşınma zamanı meyvə-tərəvəzlərin üzərinə müxtəlif mikroorqanizmlər düşə bilər. Xüsusilə çiy istehlak edilən məhsulları bol axar su altında yuyun.

7. Son istifadə tarixinə diqqət edin

Son istifadə müddəti bitmiş məhsullar infeksiya riskini əhəmiyyətli dərəcədə artırır. Həmçinin qablaşdırması şişmiş, qapağı açılmış və ya görünüşü dəyişmiş məhsulları istifadə etməyin.

8. Açıq havada satılan qidalara ehtiyatla yanaşın

Küçədə və açıq şəraitdə uzun müddət saxlanılan qidalar isti hava səbəbindən tez xarab olur. Xüsusilə südlü şirniyyatlar, ət məhsulları və dəniz məhsulları daha yüksək risk daşıyır.

9. İçkilərə buz əlavə etdirməyin

Çirkli su qida zəhərlənməsinin əsas səbəblərindən biridir. Əgər buz çirkli sudan hazırlanıbsa, o da eyni təhlükəni yaradır. Xüsusilə istirahət və turizm bölgələrində buzlu içkilərdən mümkün qədər uzaq durmaq tövsiyə olunur.

10. Dondurulmuş məhsulları düzgün əridin

Dondurulmuş qidaları otaq temperaturunda saxlamaq bakteriyaların sürətlə çoxalmasına səbəb olur. Bu məhsulları soyuducuda və ya mikrodalğalı sobanın əridilmə rejimində əridin.

11. Etibarlı içməli sudan istifadə edin

Çirkli su çoxsaylı bakteriya, virus və parazitləri daşıya bilər. Buna görə yalnız etibarlı mənbədən əldə olunan içməli sudan istifadə edin.

12. Təzəliyinə əmin olmadığınız qidaları yeməyin

Dəniz məhsulları düzgün şəraitdə saxlanılmadıqda zəhərlənmələrə səbəb ola bilər. Xüsusilə yay aylarında təzəliyinə şübhə etdiyiniz dəniz məhsullarını istehlak etməkdən çəkinin.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR