İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Qətər qarşılıqlı sərmayələrin təşviqini müzakirə etdi

444 23.09.2025 13:44 Siyasət A A

Azərbaycan və Qətər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və strateji sektorların inkişafında tərəfdaşlıq imkanları müzakirə olunub.

Musavat.com bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Mikayıl Cabbarov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində Qətər Sərmayə Fondunun korporativ kreditlər üzrə direktoru Nasser Al-Attiyah ilə görüş keçirib.

Görüşdə Azərbaycanın həyata keçirdiyi iqtisadi islahatlar, əlverişli biznes mühiti və sərmayə imkanları barədə məlumat verilib, Azərbaycan hökumətinin xarici investorlarla əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanıb.

Xüsusilə, infrastruktur, maliyyə xidmətləri, enerji və qeyri-neft sektorunda həyata keçirilə biləcək birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinin hər iki ölkənin iqtisadi maraqlarına uyğun xidmət edəcəyini vurğulayıb.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR