İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə "Qənirə Paşayeva - Tomris Xatun" mükafatı təsis edildi

1972 01.10.2023 15:36 Son xəbər A A

Müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində dünyasını dəyişən millət vəkili Qənirə Paşayevanın vəfatı təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də üzücü oldu. "Asena" kimi bilinən və gördüyü işlərlə hər zaman sevilən Qənirə xanımın dəfn mərasimində Prezident Administrasiyasının, Milli Məclisin, hökumətin, ictimaiyyətin və medianın ayrı-ayrı təmsilçiləri ilə yanaşı, qardaş Türkiyənin də tanınmış şəxsləri iştirak etdi.

DEFNLER.jpeg (227 KB)

Dəfndə iştirak edən Türk Ədəbiyyatı Vəqfinin başqanı Serhat Kabaklı Musavat.com-a açıqlamasında kədərini belə ifadə edib:

"Çox üzüldüm, dəfn mərasiminə qatıldım. Sevənləri Qənirə xanımın məzarını gül baxçasına çevirmişdi. Ümid edirik ki, o dünyada da məkanı gül cənnəti olar. Məzarının başında hönkür-hönkür ağladım. İstanbula geri döndüm, amma hələ də özümə gələ bilmirəm. Vəqfdə təşkil etdiyimiz Xocalını anma mərasimlərinin birində "Abi, Xocalını alaq, o gün də Allah məni alsın" - demişdi. Kaş deməyəydi o sözü, etməyəydi o niyyəti".

Serhat Kabaklı açıqlaması zamanı Türk Ədəbiyyatı Vəqfinin hər il təşkil etdiyi "Yaşayan Dədə Qorqud" mükafatı ilə yanaşı, Qənirə Paşayevanın timsalında "Qənirə Paşayeva - Tomris Xatun" mükafatı da təsis etdiyini vurğulayıb.

Vəqfin başqanı bildirib ki, bu mükafat Türk dünyasının Asenaları üçün nəzərdə tutulub:

ASENA.jpeg (91 KB)

"Mükafatı Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, bir sözlə, bütün türk millətinin igid qadınları, mərd Asenaları üçün təsis etdik".

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR