İnsanlara hürriyət, millətlərə istiqlal!

Çempion qız özbəklərdən rəqibini təhqir etməməyi xahiş edib

1219 31.07.2024 11:48 İdman A A

Özbəkistanlı azarkeşlər 1/8 finalda Diyora Keldiyorovaya məğlub olan yapon cüdoçu Uta Abe haqqında çoxlu mənfi fikirlər yazıblar.

Musavat.com upl.uz-a istinadla xəbər verir ki, olimpiya çempionu həmyerlilərini milli mənsubiyyətindən və idman uğurlarından asılı olmayaraq bütün idmançılara hörmət göstərməyə çağırıb.

“Cüdo bizə hər şeydən əvvəl hörmət etməyi öyrədir. Bütün azarkeşlərdən xahiş edirəm ki, bunu yadda saxlasınlar və idmançıları idman yoldaşlığı ruhunda dəstəkləsinlər”, - Diyora Keldiyorova İnstaqram səhifəsində qeyd edib.

Keldiyorovaya məğlubiyyət Uta Abenin son beş ildə beynəlxalq səhnədə ilk uğursuzluğu olub. Hazırkı Olimpiya çempionu və dördqat dünya çempionu Abe turnirin favoriti sayılırdı. Döyüşdən sonra yapon idmançı göz yaşlarını saxlaya bilməyib.

Diyora Keldiyorovanın qələbəsi isə Özbəkistan üçün tarixi hadisə olub. Bu, ölkənin olimpiadada cüdo üzrə ilk qızıl medalı və Özbəkistandan olan qadın idmançının Yay Olimpiya Oyunlarında qazandığı ilk qızıl medaldır. Bundan əvvəl Özbəkistan xəzinəsindəki yeganə “qızıl”ı 1994-cü il Qış Olimpiya Oyunlarında sərbəst xizəkçi Lina Çeryazova qazanmışdı.

Uta Abenin qardaşı, Paris Olimpiadasında iştirak edən Hifumi Abe bacısının məğlubiyyətindən sonra özünü toparlaya bilib və 66 kq çəki dərəcəsində qızıl medal qazanıb. Finalda o, braziliyalı cüdoçu Villian Limanı məğlub edib.

2020-ci il Tokio Olimpiadasında Hifumi və Uta Abe tarixdə eyni gündə qızıl medal qazanan ilk bacı-qardaş oldular.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR