İnsanlara hürriyət, millətlərə istiqlal!

Qorxulu Tehran: İsrail Haniyəni niyə Tehranda vurdu; İrana, HƏMAS-a və dünyaya verilən mesajın mənası nədir – ŞƏRH

1355 31.07.2024 10:32 Gündəm A A

Xəbər verildiyi kimi, HƏMAS lideri İsmayıl Haniyə İsrail tərəfindən Tehranda terrora məruz qalıb və öldürülüb.

Musavat.com bütün dünyanı silkələyən bu hadisənin yerinə və zamanına diqqət çəkir.

Tehranda yeni prezidentin andiçmə mərasiminə gələn önəmli qonaq və onun mühafizəçisi elə Tehrandaca öldürülür. İsmayıl Haniyə və İsrailə qarşı döyüşən digər hərəkat liderləri, terrorçu örgüt kimi tanınan təşkilatların təmsilçiləri Tehranı Qəzzadan, Ramallahdan daha təhlükəsiz bilirdilər. Bir çoxları da İran ərazisində toplantı və koordinasiya işləri həyata keçirirdilər. Bu mesaj verildi - Tehran təhlükəsiz yer deyil, qorxulu yerdir...

İranın ali liderlərinə, dövlət başçılarına da açıq mesaj verildi – evlərinizi başınıza uçurarıq. Sizi yatdığınız yerdə qətl edərik.

77938f89-f531-4e1c-8aba-ceb3d6a5aa24.jpg (104 KB)

Yeni prezident Pezeşkiana da açıq mesajdır. ‘’Səni də vura bilərdik, nəzərə al...’’

Həm də buradan geriyə, yaxın tarixə doğru bir uzantı çıxır. Şübhələr yaranır ki, İbrahim Rəisi də terrora məruz qalıb və artıq İsrail İran ərazisində rahat işləyə bilir.

Bu, İrana, onun müdafiə və kəşfiyyat güclərinə, özünü regionun ağası sayan SEPAH-a əlcək atmaq, onları aşağılamaqdır. Ən ali qonaqları ən önəmli gündə qoruya bilməyən SEPAH, digər güclər öz liderlərini və hətta özlərini də qoruya bilməzlər. İranın etibarsızlaşdırılması baş verdi və bu, alındı.

a95d5f63-22d4-4d78-9a48-85fec0649624.jpg (168 KB)

Digər məqam budur ki, baş nazir Netanyahu ABŞ-dan qayıtdıqdan sonra İsrail daha da aktivləşib və çox irəli gedir. Beyrutun bombalanmasından, HİZBULLAH liderlərinin öldürülməsindən sonra Tehran bombalanır. Bütün bunların anlamı budur – İsrail nə edirsə, ABŞ onu dəstəkləyir və bundan sonra da (prezidentin kim olmasından asılı olmayaraq) dəstəkləyəcək.

İrana qarşı isə beynəlxalq səviyyədə açıq anlaşmanın olduğu təsdiqlənir. İranın vurulması və müharibəyə cəlb olunması planı dövriyyəyə girib. Dünyanın böyük güclərinə aid 5 dövlətin artıq koalisiya yaradaraq, İrandakı teokratik rejimi devirəcəyi barədə informasiya və siyasət məkanlarında ciddi iddialar dolaşmaqdadır. Görünən budur ki, Tehranı vurmaqla, bu iddiaların gerçəklik əmsalı artmış oldu...

Doğrudur, İran hələ Haniyənin qətli ilə bağlı təfsilatları yaymayıb. Ortada detallar və görüntülər yoxdur. (Müxtəlif versiyalar dolaşır.) Sadəcə, ali dini rəhbərliyin və hərbi rəhbərliyin toplaşaraq, iclas keçirtmələrinə dair məlumatlar yayılır. Lakin ortadakı nəticə bir dövlət üçün vahimdir. Belə çıxır ki, İsrail istəyəndə bir prezidentin helikopterini qəzaya salır, digərinin ali qonağını öldürür, şəhərlərə, hərbi obyektlərə dron hücumları həyata keçirdir, nüvə sahəsinə aid olan alimləri maşınındaca bombalayır...

İran: İsrail'in Lübnan'a yönelik muhtemel saldırısı öngörülemeyen ...

İranın gücü isə bütün bunları önləməyə yetmir, aciz qalır. Xəbərlərin axışından belə anlaşılır ki, Tehranda öldürülən bunca məşhur adam olmasa idi, İran rəhbərliyi bu sui-qəsdin üstünü açmamağa, onu İsraillə bağlamamağa çalışardı. Çünki bu cür hadisə İran rejimini daxildən sarsıdır, onun ictimai dayaqlarını, etibarını sıfırlayır, hakimiyyət eşolonunda vahimə yaradır.

İstənilən halda, bizə qonşu dövlətdə və yaşadığımız regionda hadisələr pisə doğru, gərginliyə və qlobal müharibəyə doğru inkişaf etməkdədir. Tehran hücumunun bir nəticəsi də budur ki, bölgəmizdə qlobal müharibənin olma ehtimalı yüksəkdir və İran istəsə də, bundan qaça bilməyəcək. İsrail və onun arxasındakı böyük güclər indiki və gələcək zaman üçün Təl-Əvivə təhdiqləri sıfırlamaq məqsədi ilə düyməyə basıblar. Bütün dünyanın gözü qarşısında Qəzzanı yerlə bir edib, onun xalqını qaçqına və ölüyə çevirən İsrail çox iddialı və böyük, həm də riskli oynayır.

Wall Street Journal yazdı: İsrail neden İran'a saldırdı?

Belə bir məqamda İsrail tərəfindən (XİN) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı birbaşa ölüm təhdidi səsləndirilməsi də Musavat.com tərəfindən xatırladılır.

İsrail artıq o qədər arxayındır ki, mümkün Türkiyə- İran koalisiyasından da çəkinmir, bütün təhlükələri göz önünə alaraq, aqressiv xarici və hərbi siyasətini davam etdirir. Yəni məsələ Netanyahu məsələsi, onun qərarları deyil. Məsələ daha böyük və qlobaldır.

Təbii ki, bütün bunların nəticəsində regionda böyük müharibə gerçəkliyi güclənir, İsrail dövlətinin özünün də varoluşu təhdid altında qalır.

Azərbaycan-İran münasibətləri daha da inkişaf edəcək" - POLİTOLOQ MÜNASİBƏT  BİLDİRDİ

Azərbaycana gəldikdə isə, Prezident İlham Əliyevin mükəmməl xarici siyasəti və qlobal müharibə ehtimalı üçün önləm almaları dövlətimizi birbaşa təhdidlərdən yayındırır. Lakin bölgədə böyük savaşın çıxması orada yerləşən hər bir dövlət üçün təhdid və problemlər deməkdir. Bu baxımdan, Azərbaycanın quru sərhədləri illərdir bağlı olsa və möhkəmləndirilsə də (məhz qlobal müharibə ssenarisinin əsas personajları olan qaçqınlar ordusu, öncədən ölkəmizə sıza biləcək diversiya qruplarının qarşısını almaq məqsədli), Suriyadakı savaş nümunəsi göstərdi ki, bütün bunlar milyonlarla hərəkət edən kütlənin qarşısını ala bilmir. Bu baxımdan, Azərbaycan illərdir həm də töhfəsini verir ki, İsrail – Türkiyə və İsrail- İran münasibətləri müharibə həddinə qədər pozulmasın.

Bu gedişatı kimsə elan etməsə də, lakin proseslərin arxa mətnini oxumaq mümkün olur.

Musavat.com,
Siyasət şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR