İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildən ZƏRBƏ: Hizbullahın ikinci adamı ÖLDÜRÜLDÜ, İsrail hava məkanını BAĞLADI - CANLIda

557 31.07.2024 11:27 Gündəm A A

İsrail ordusunun dünən Beyruta zərbələri nəticəsində Hizbullahın ikinci adamı Hacı Möhsün (Fuad Şukar) öldürülüb.

Bu barədə İsrail mətbuatı məlumat yayıb. Bildirilib ki, Möhsün Hizbullah lideri Həsən Nəsrullahın baş müşaviri və yüksək dəqiqlikli raket layihəsinin rəhbəri idi. O, 1983-cü ildə Beyrutdakı ABŞ dəniz piyadalarının kazarmasının partladılmasına və 200-dən çox dəniz piyadasının öldürülməsinə görə Vaşinqton tərəfindən axtarışda olub. ABŞ hökuməti onun başına 5 milyon dollar mükafat təyin etmişdi.

Qeyd edək ki, İsrail tərəfi dünən Beyruta endirilən zərbələr nəticəsində Hizbullahın iki komandirinin öldürüldüyünü açıqlamışdı.

İsrail Hadera şəhərinin şimalındakı hava məkanını bağlamaq qərarına gəlib. Bu barədə İsrailin “Kan” radiostansiyası məlumat yayıb. Məlumata görə, Hizbullahın yüksək rütbəli komandirlərindən olan Fuad Şukarın iyulun 30-da Beyrutda İsrail hərbçiləri tərəfindən məhv edilməsindən sonra Livanla sərhəddə yaranan gərginlik səbəbindən belə bir addım atılıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Ağ Partiyanın sədri Tural Abbaslıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR