İnsanlara hürriyət, millətlərə istiqlal!

Haniyənin öldürülməsi neft qiymətlərini BAHALAŞDIRDI

776 31.07.2024 11:21 Dünya A A

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi dünya neft bazarında qiymətlərin yüksəlməsinə səbəb olub. Son günlər Çin iqtisadiyyatından alınan neqativ məlumatların, həmçinin Livanla İsrail arasında böyük müharibənin sovuşmasının təsiri ilə neft qiymətləri 79 dollardan aşağı düşmüşdü.

Musavat.com xəbər verir ki, ötən gecə HƏMAS rəhbərinin Tehranda öldürülməsi bölgədə yenidən böyük müharibə təhlükəsini artırmaqla, neft qiymətlərinin ilk hərraclardaca 81 dolları keçməsinə səbəb olub.

Hazırda diqqətlər Tehrana yönəlib. Gözlənilir ki, İran İsrailə qarşı genişmiqyaslı hücum qərarı verərsə, bu, dünya neft bazarında qiymətlərin 100 dollardan yuxarı qalxmasına gətirib çıxara bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR