İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibəni hansı vasitəçi dayandıracaq?

354 31.07.2024 11:50 Dünya A A

Hindistanın baş naziri Narendra Modinin bir müddət əvvəl Rusiyaya səfəri Kiyevin narazılığına səbəb oldu. Münasibətlər o qədər gərginləşdi ki, Hindistan Xarici İşlər Nazirliyi Ukraynadakı səfirini məsləhətləşmək üçün Dehliyə çağırdı. Qərb Ukraynaya dəstək verir. Dehli Rusiyanın yanında olması görüntüsündən ehtiyat etdi. Çünki Dehlinin ABŞ və Avropa ölkələri ilə də sıx tərəfdaşlıq münasibətləri var.  Bu səbəbdən Narendra Modi balansı qorumaq naminə avqust ayında Ukraynaya səfər etməyi planlaşdırır. Hindistanın baş naziri vasitəçilik təklifi ilə Kiyevə gedəcək. Çin lideri Tsi Cinpinin də vasitəçiliklə bağlı təklifi olmuşdu, sadəcə Modidən fərqli olaraq Cinpin Moskvaya səfər edib, Kiyevə getməyib. Buna baxmayaraq, Pekin kimi Dehli də hesab edir ki, vəziyyətin həllinə yalnız diplomatik danışıqlar kömək edə bilər. Halbuki, Rusiya-Ukrayna savaşının danışıqlar yolu ilə həlli bu il də mümkünsüz görünür. Müharibəni dayandırmaq və tərəfləri masada oturtmaq təşəbbüsləri nəticə vermir. 

Bu arada, Ukraynanın mədəniyyət və informasiya siyasəti nazirinin müavini Anastasiya Bondar ötən həftə Dehlidə müsahibəsi zamanı baş nazir Modinin ölkəsinə səfəri ilə bağlı nikbin olduğunu bildirib:

“Mən şəxsən qəti şəkildə inanıram ki, Hindistanın baş naziri inşallah tezliklə Ukraynaya gələcək və bu, ona real vəziyyəti gətirmək və göstərmək üçün yeganə mümkün yoldur. Ölkələrimiz arasında əməkdaşlığımızın dərinləşməsinə kömək edə biləcək mədəni dialoq tapa bilsək, mən çox şad olaram”.

Göründüyü kimi, Narendra Modinin Ukraynaya səfəri Kiyev üçün vacibdir. Kiyev eyni ilə Tsi Cinpinin də Ukraynaya səfər etməsini istəyir. Ukrayna xarici işlər naziri Dmitri Kuleba bu məqsədlə Çinə 3 günlük səfər edib çinli rəsmilərlə danışıqlar aparmışdı. Böyük ehtimalla Narendra Modinin Kiyevə səfərindən sonra Tsi Cinpin də Ukraynaya səfər haqqında düşünsün.

“Atlas” Araşdırmalar Mərkəzi

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR