İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko edama məhkum edilmiş Almaniya vətəndaşını əfv edib

430 31.07.2024 11:24 Dünya A A

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusda ölüm cəzasına məhkum edilmiş Almaniya vətəndaşı Riko K.-ni əfv edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Belarus rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Lukaşenko administrasiyasının məsul əməkdaşının sözlərinə görə, qərar qəbul etmək üçün o, “işin gedişatına qərq olmuş insanları” söhbətə dəvət edib, bundan sonra qərar verib.

Almaniya vətəndaşı Belarus prezidentinə əfv xahişi ilə müraciət etmişd.

Daha sonra Almaniya Xarici İşlər Nazirliyi Riko K-nin əfv olunması ilə bağlı məlumatı təsdiqləyib.

Riko K.-nın ölüm hökmü iyunun 24-də çıxarılsa da, bu, təxminən bir ay sonra məlum olub. Almaniya Xarici İşlər Nazirliyi iyulun 19-da Minsk məhkəməsinin Almaniya vətəndaşını ölüm cəzasına - ölüm cəzasına məhkum etdiyini təsdiqləyib.

“Viasna” hüquq-müdafiə mərkəzinin məlumatına görə, həmin şəxs Belarus Respublikası Cinayət Məcəlləsinin 6 ciddi maddəsi, o cümlədən terror aktı və muzdlu fəaliyyətə hazırlıqda ittiham olunub.

Belarusun dövlət telekanalı "Belarus 1" Riko K-nin müsahibəsinin yer aldığı "Alman terrorçunun etirafı" adlı veriliş nümayiş etdirib. Həmin verilişdə, o, Ukraynaya "faydalı olmaq" arzusundan, könüllü birləşmələrə qoşulmaq üçün "kurator"un göstərişi ilə Minskə uçmasından, partlayıcı maddə dolu çantanı Ozerişçe stansiyasına çatdırmasından danışıb.

Mütəxəssislərin qeyd edir ki, Almaniya vətəndaşının bu “müsahibə”yə razılıq verməsi, yoxsa ondan tələb olunanları kamera qarşısında söyləməsi üçün təzyiqə məruz qalıb-qalmadığı məlum deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR