İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov yeni transferin anonsunu verdi

511 31.07.2024 11:04 İdman A A

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun transfer işlərindən danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Linkoln"u darmadağın etdikləri cavab matçından (5:0, ilk oyun - 2:0) sonra "CBC Sport"a açıqlamasında minimum 1 transferin gözlənildiyini deyib:

"Aleksey Kaşuk Bakıya gəlibsə, bizimçün gəlməyib. Bu dəqiqdir. Yeni transfer gözlənilir. Ola bilər ki, yaxın günlərdə minimum 1 transferimiz olsun. Çünki danışıqlarımızın çox yaxşı getdiyi bir oyunçu var. Biz transfer bazarında aktivik. İstəyirik ki, komandada minimum 1-2 yeni futbolçu görək. Çox istəyirəm ki, alınsın. Alınmasa da, əlimizdəki oyunçuları qarşıdakı vaxtlara daha yaxşı hazırlamağa çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" bu yay Fabian Buntiç, Musa Qurbanlı və Şahruddin Məhəmmədəliyevi sıralarına qatıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR