İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuzda kişi keçmiş həyat yoldaşını qətlə yetirib -TƏFƏRRÜATLAR

1327 15.11.2022 23:44 Kriminal A A

Tovuzda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Öysüzlü kəndində qeydə alınıb.

1985-ci il təvəllüdlü Ramilə Rüstəmovanın həyat yoldaşı tərəfindən qətlə yetrildiyi bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Məlumata görə ər həyat yoldaşını başını kəsib.

***

Tovuz Rayon Polis Şöbəsinə rayonun Aşağı Öysüzlü kənd sakini, 1985-ci il təvəllüdlü Rüstəmova Ramilənin bir neçə bıçaq zərbəsi alaraq qətlə yetirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, dərhal polis əməkdaşları və rayon Prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və qətlin mərhumun keçmiş həyat yoldaşı tərəfindən törədilməsi məlum olub. Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Xaliq Rüstəmov maddi sübtla birlikdə saxlanılaraq prokurorluğa təqdim edilib.

***

Tovuz rayonunda törədilən qətlin bəzi təfərrüatı məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, Tovuz rayon sakini, 1985-ci il təvəllüdlü R.Rüstəmova əri, 1987-ci il təvəllüdlü X.Rüstəmovdan ayrıldıqdan sonra babası evinə gəlib, orda yaşayırmış.

Axşam saatlarında qadın ata evlərinə yaxın olan babası evində olan zaman keçmiş əri ora gəlib və aralarında mübahisə yaşanıb. Bu zaman X.Rüstəmov üzərində olan bıçaqla ona bir neçə zərbə vurub, daha sonra boğazını kəsib. Hadisə yerinə evin gəlini gəlib və ətrafdan kömək istəyib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs isə Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR